Icma.az
close
up
RU
Məcnun Məmmədov AİBin vitseprezidenti ilə görüşdü Fotolar

Məcnun Məmmədov AİBin vitseprezidenti ilə görüşdü Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yingming Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Asiya İnkişaf Bankı arasında əlaqələr müzakirə olunub.  

Məcnun Məmmədov bildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Azərbaycan bu tərəfdaşlığı daha da gücləndirəcək və ölkəmizin davamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərin müzakirəsinə xüsusi önəm verir. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə vacib hadisə olduğu vurğulanıb.

AİB-nin Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yingming Yang öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri barədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanlarından danışıb.

Görüş zamanı Asiya İnkişaf Bankı ilə  birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Tərəflər gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər - aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su ehtiyatlarının tam həcmdə qorunması, resursların səmərəli istifadə və idarə olunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin  və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və işçi qrupu səviyyəsində kənd təsərrüfatının inkişafı üzrə layihələrin hazırlanması işinin davam etdirilməsi barədə razılıq əldə olunub. 



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri