Icma.az
close
up
RU
Məcnun Məmmədov Naxçıvanda səfərdədir

Məcnun Məmmədov Naxçıvanda səfərdədir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib.

“Cebheinfo.az” xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Daha sonra nazir Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev ilə görüşüb.

Görüşlərdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və dövlət dəstəyi tədbirlərinin bu sistem vasitəsilə aparılması, təsərrüfatların su ilə təminatında yaranan çətinliklərin aradan qaldırılması imkanları və müasir suvarma sistemlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində kənd təsərrüfatı fəaliyyətlərinin genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından olub.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin kollektivi ilə görüşüb. Görüşdə Naxçıvanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Görüş zamanı Naxçıvan fermerlərinin dövlət dəstəyindən tam və şəffaf şəkildə faydalanması üçün EKTİS-ə keçid prosesinin sürətləndirilməsi, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər, aqrar sahədə kooperativlərin, ailə kəndli təsərrüfatlarının yaradılması və qeydiyyatı, yerli toxumçuluğun inkişaf etdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili, peyvəndləmə və bitki mühafizə tədbirlərinin həyata keçirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlim və təcrübə proqramlarının tətbiqi, vahid Çağrı Mərkəzinin qurulması, rayon və kəndlər üzrə becərilən bitkilərin sahəsi, əkin növü, bitki növləri üzrə su tələbatının müəyyənləşdirilməsi və aylar üzrə tələb olunan su sifarişinin tərtib olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Məcnun Məmmədov kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri