Icma.az
close
up
RU
Mədəaltı vəzinin xərçənginin inkişafını ləngidən gen aşkarlandı

Mədəaltı vəzinin xərçənginin inkişafını ləngidən gen aşkarlandı

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tokio Elm Universitetinin alimləri müəyyən ediblər ki, CTDNEP1 geni mədəaltı vəzinin axar adenokarsinoması zamanı qoruyucu rol oynaya bilər. Bu xərçəng növü mədəaltı vəzi şişlərinin ən çox rast gəlinən və eyni zamanda ən ölümcül formalarından biri hesab olunur.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Cancer Genomics & Proteomics" jurnalında dərc edilib.

Axar adenokarsinoma mədəaltı vəzi xərçəngi hallarının 90 faizindən çoxunu təşkil edir və olduqca mənfi proqnozla xarakterizə olunur. Global Cancer Observatorynin 2022-ci il məlumatlarına görə, Yaponiyada hər il 47 mindən çox yeni xəstəlik halı qeydə alınır, ölüm sayı isə 40 mini ötür. Bu da mədəaltı vəzi xərçəngini ölkədə onkoloji ölüm səbəbləri arasında dördüncü yerə çıxarır.

Yeni müalicə yanaşmalarının axtarışı çərçivəsində aspirant Mayuka Nii və professor Tadaesi Hayata diqqətlərini CTDNEP1 geninə yönəldiblər. Bu gen hüceyrə proseslərinin tənzimlənməsində iştirak edən fosfatazanı kodlaşdırır. Əvvəllər CTDNEP1 uşaqlarda rast gəlinən beyin şişi – medulloblastoma və osteoklastların diferensiasiyasının ləngiməsi ilə əlaqələndirilirdi. Yeni araşdırma isə onun mədəaltı vəzi onkologiyasında da mühüm rol oynaya biləcəyini göstərir.

Alimlər The Cancer Genome Atlas və Pan-Cancer Atlas bazalarından 184 xəstənin genomik və klinik məlumatlarını təhlil edib, həmçinin TIMER2.0 və UALCAN onlayn alətlərindən istifadə ediblər. Nəticələr göstərib ki, şiş toxumalarında CTDNEP1 geninin aktivliyi sağlam toxumalarla müqayisədə xeyli aşağıdır, xüsusən də xəstəliyin erkən mərhələlərində. Genin aşağı ifadə səviyyəsi KRAS və TP53 kimi əsas onkogenlərdə təhlükəli mutasiyalarla və xüsusilə II mərhələdə xəstələrin daha aşağı sağqalma göstəriciləri ilə əlaqələndirilib.

Tədqiqat həmçinin CTDNEP1-in şişin mikroətraf mühitinə təsirini də üzə çıxarıb. Genin aktivliyi az olduqda xroniki iltihabı gücləndirən və immun cavabdan yayınmanı asanlaşdıran mühit formalaşır. Əksinə, CTDNEP1-in yüksək ifadə olunduğu hallarda metabolik və mitoxondrial proseslər daha fəal olur və immun hüceyrələrin infiltrasiyası güclənir.

Professor Hayatanın sözlərinə görə, CTDNEP1 geninin ifadəsinin azalması mədəaltı vəzi xərçənginin erkən mərhələlərində baş verir və xəstəliyin irəliləməsinə şərait yarada bilər. O qeyd edib ki, bu gen erkən diaqnostika və proqnoz üçün potensial biomarker, eləcə də mümkün terapevtik hədəf kimi dəyərləndirilə bilər.

Hazırda tədqiqat qrupu CTDNEP1-in şişin böyüməsinə, metastaz verməsinə və immun sistemlə qarşılıqlı əlaqəsinə təsirini hüceyrə və heyvan modellərində öyrənməyə davam edir. Alimlər hesab edirlər ki, bu gen mədəaltı vəzinin ən aqressiv xərçəng növlərindən birinə qarşı yeni müalicə üsullarının hazırlanması üçün perspektivli namizəddir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri