Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Mədəni diplomatiya hara, qondarma Artsax hara?

Mədəni diplomatiya hara, qondarma Artsax hara?

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bugünlərdə Azərbaycanın gündəmində mərkəzi yer tutmalı olan məsələlərdən biri də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək beynəlxalq etnofestivalda Ermənistanı təmsil edən qondarma “Artsax” kollektivlərinin də iştirakının nəzərdə tutulması olmalıdır. Bu hadisə təbii olaraq ortaya bir sürü suallar çıxarır. Bu təmsilçilik nəyin göstəricisidir? Sözügedən təşəbbüs Ermənistan dövlətinin “mədəni diplomatiya” adı altında həyata keçirdiyi hiyləgər siyasətdir, yoxsa, 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyimiz antiterror əməliyyatından sonra qaçıb İrəvana sığınan separatçı törtöküntülərin növbəti avantürasıdır? Ermənilər bu cür revanşist təşəbbüslər vasitəsilə qondarma “Artsax” mifini gündəmdə saxlamaqla nəyə nail olmaq istəyirlər? "Mədəni diplomatiya" adı altında dünya birliyinə sırınan "Artsax" avantürası hazırda davam edən sülh prosesinə neqativ təsir göstərə və normallaşmanı əngəlləyə bilərmi? Vyanada “Artsax” adı ilə bağlı kollektivlərin iştirakı sadəcə bir mədəni tədbir xarakter daşıyır, yoxsa siyasi mesajdır?
Vyanada keçiriləcək beynəlxalq festivalda “Artsax” adına bağlı kollektivlərin iştirakı sıradan bir mədəni hadisə kimi görünmür. Bu cür çıxışlar adətən incəsənət, folklor və ya etnoqrafik təqdimat çərçivəsində qabardılır, amma arxa planda daha ciddi siyasi məqsədlər dayanır: qondarma separatçı narrativi yumşaq üsullarla gündəmdə saxlamaq, onun legitimlik görüntüsünü qorumaq və beynəlxalq auditoriyada “mədəni kimlik” pərdəsi altında siyasi iddiaları yaşatmaq və s. Məsələ burasındadır ki, mədəniyyət burada öz təbii funksiyasından çıxarılaraq geosiyasi alətə çevrilir.
Bu, təkcə bir festival iştirakına görə şişirdilmiş reaksiya deyil. Əksinə, keçmiş separatçı qurumun ləğvindən sonra belə adların dövriyyədə saxlanılması onu göstərir ki, bəzi dairələr “Artsax” anlayışını siyasi məğlubiyyət kimi qəbul etmir və onu başqa formatda, xüsusən də mədəni platformalar üzərindən yaşatmağa çalışır. Bu taktika beynəlxalq ictimaiyyətə “münaqişə bitməyib” mesajını vermək, eyni zamanda keçmiş status-kvonu mənəvi və simvolik müstəvidə qorumaq cəhdi kimi oxunur. Bu mənada, Vyanada keçiriləcək belə bir festivalda “Artsax” adına bağlı kollektivlərin iştirakı ilk növbədə mədəni platformaların siyasi məqsədlər üçün alətə çevrilməsi kimi görünür. Yəni bu, sadəcə folklor və ya incəsənət məsələsi deyil. Bu işin arxasında keçmiş separatçı narrativi yumşaq üsullarla yaşatmaq, onu beynəlxalq mühitdə “normal” mədəni kimlik kimi təqdim etmək cəhdi dayanır. Bu baxımdan məsələ “mədəni diplomatiya”dan çox, mədəniyyətin siyasiləşdirilməsi təsiri bağışlayır.
Bu nəyi göstərir? Belə hiyləgər təşəbbüslər sözsüz ki, eyni vaxtda bir neçə məqsədə xidmət edir. Söhbət ilk növbədə qondarma “Artsax” iddiasını yaddaşlarda saxlamaq cəhdindən gedir. Qarabağda separatçı qurumun ləğvindən və bölgədə yeni reallığın yaranmasından sonra "Artsax" adının mədəni tədbirlərdə dövrəyə salınması, həmin narrativin tam yox olmadığını göstərməyə, ona simvolik legitimlik qazandırmağa xidmət edir. “Kollektiv”, “folklor”, “mədəni irs” kimi neytral görünən ifadələr, çərçivələr vasitəsilə siyasi mənşəli iddialar yumşaldılır və xarici auditoriyaya daha qəbulolunan şəkildə təqdim edilir. Eyni zamanda, diaspora və revanşist dairələri səfərbər saxlamaq niyyəti də ortadadır.
Beləliklə, "mədəni diplomatiya" adı altında yenə separatçılıq, revanşizm önə çıxır. Əsl mədəni diplomatiya xalqları yaxınlaşdırmaq, barış və anlaşmanı gücləndirmək, tərəflər arasında gərginliyi yumşaltmaq məqsədi daşımalıdır. Lakin “Artsax” adının istifadə edildiyi tədbirlərdə bu anlayışın mahiyyəti dəyişir. Burada məqsəd mədəni körpü qurmaqdan çox, separatçı kimliyi normallaşdırmaq və onu “tarixi-mədəni miras” kimi təqdim etməklə üzdə siyasi yükünü azaltmaq olur. Beləliklə, mədəniyyət vasitəsilə emosional rəğbət qazanılır, amma həmin rəğbətin arxasında siyasi revanşist düşüncə dayanır. Bu cür yanaşma xüsusilə təhlükəlidir, çünki mədəniyyətin neytral və birləşdirici gücündən istifadə edərək cəmiyyətdə yanlış təsəvvür formalaşdırmağa çalışılır. Xarici auditoriya üçün “Artsax” sözü bəzən sadəcə bir bölgə adı, bir folklor ənənəsi kimi görünə bilər. Halbuki regional reallıqda bu termin illərlə separatizm, işğal və münaqişə ilə assosiasiya olunub. Məhz buna görə də onun beynəlxalq məkanda dövriyyədə saxlanması təsadüfi yox, hesablanmış siyasi jest təsiri bağışlayır. Bu kimi təşəbbüslərin əsas məqsədi qondarma “Artsax” mifini gündəmdən tam çıxmağa qoymamaqdır.
Bəs, bunu hazırkı Ermənistan hakimiyyətinin rəsmi siyasəti hesab etmək olarmı? Zənnimcə, bunu birbaşa rəsmi İrəvanın cari siyasətinə aid etmək düzgün olmaz. Bu, daha çox Ermənistandakı bəzi siyasi dairələrin, diaspora strukturlarının və revanşist qruplarının işi kimi təəssürat bağışlayır. Və burada söhbət təkcə bir mədəni festivaldan yox, daha geniş şəkildə keçmiş status-kvonu mədəni yolla geri qaytarmaq cəhdindən gedir. Belə ki, bu gün revanşist dairələr üçün əsas məsələ hərbi və siyasi məğlubiyyətdən sonra simvolik məkanı itirməməkdir. Yəni ki, onların məntiqinə görə, əgər bu gün Qarabağ üzərində inzibati-fiziki nəzarət mümkün deyilsə, ən azı ideoloji və mədəni məkan qorunmalıdır. Bu da sonrakı mərhələlərdə ictimai rəydə “bu məsələ tam bitməyib” düşüncəsini saxlamağa xidmət edir. Eləcə də, Ermənistan daxilində müəyyən qruplar üçün “Artsax” mövzusu yalnız keçmiş münaqişə yox, həm də kimlik və siyasi mobilizasiya vasitəsi olaraq qalmaqdadır. Ona görə də mədəni tədbirlər, konsertlər, sərgilər və festival formatları həmin emosional kapitalın yenidən istehsalı üçün əlverişli platformaya çevrilir.
Bütün bu revanşist təşəbbüslərin sülh prosesinə sözsüz ki, hansısa negativ təsirləri ola bilər. Çünki sülh prosesinin ən həssas tərəfi təkcə sərhədlər və sənədlər deyil, həm də etimad mühitidir. Əgər bir tərəf beynəlxalq platformalarda keçmiş separatçı simvolları yenidən qabardırsa, bu, təbii olaraq revanşizm siqnalı kimi qəbul edilir. Bu isə normallaşma üçün vacib olan qarşılıqlı inamı zəiflədir. Əgər “Artsax” adı məqsədli şəkildə siyasi məzmun daşıyırsa bu ad altında beynəlxalq tədbirdə iştirak etmək keçmiş separatizmi normallaşdırmaq üçün istifadə olunursa, belə hallarda mədəni tədbir, əslində, normallaşma prosesinə zərbə vuran informasiya və simvol siyasətinin bir hissəsinə çevrilir. Sülh prosesi yalnız sərhəd və sazişlərlə deyil, həm də ictimai rəy və simvolik dillə formalaşır. Buna görə də separatçı atributların beynəlxalq mühitdə dövriyyəyə salınması etimadı zədələyə bilər.
Xüsusilə də davam edən sülh danışıqları fonunda belə çıxışlar təsadüfi görünmür. Onlar qarşı tərəfə “siyasi məsələ qapanmayıb” mesajı göndərə, beynəlxalq vasitəçilərin diqqətini yenidən köhnə narrativlərə yönəldə və real barışıq gündəliyini kölgədə qoya bilər. Sülh prosesində ən böyük təhlükə təkcə açıq təxribat deyil, həm də yumşaq formada aparılan simvolik sabotajdır. “Artsax” adı da bu baxımdan məhz belə alət kimi istifadə oluna bilər. Başqa sözlə desək, bu, sadəcə mədəni iştirak kimi yox, keçmiş separatçı kimliyi mədəni qabıq altında qoruyub saxlamaq cəhdi təəssüratını bağışlayır.
Əgər məqsəd “Artsax” mifini diri saxlamaqdırsa, bu, sülh və normallaşma üçün faydalı deyil, əksinə, prosesi ləngidən və gərginliyi saxlayan addımdır. Bu baxımdan hesab edirik ki, Vyanada “Artsax” adına bağlı kollektivlərin iştirakı mədəni hadisədən daha artıq siyasi məna daşıyır. Bu, separatçı keçmişi mədəni çərçivəyə salaraq yaşatmaq, qondarma kimliyi beynəlxalq səviyyədə legitimləşdirmək və sülh prosesinə psixoloji-siyasi təzyiq göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Əgər məqsəd həqiqətən mədəniyyət mübadiləsidirsə, o zaman bu mübadilə siyasi yüklənmiş simvollardan azad olmalıdır. Əks halda, “mədəni diplomatiya” yalnız adı mədəni, mahiyyəti isə revanşist olan bir siyasətin pərdəsinə çevrilir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri