Icma.az
close
up
RU
Mədəniyyət kanalı Anar İlhamlının “Qayıdış” marşını təqdim etdi VİDEO

Mədəniyyət kanalı Anar İlhamlının “Qayıdış” marşını təqdim etdi VİDEO

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mədəniyyət kanalı vokalçı-bəstəkar Anar İlhamlının bəstələyərək ifa etdiyi “Qayıdış” marşı haqqında sujet yayımlayıb.

"Cebheinfo.az"  xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə təqdim edilən musiqi əsərinin hərbi-vətənpərvərlik ruhunda dəyərli sənət nümunəsi olduğu vurğulanıb.

Bildirilib ki, sözləri Elçin Mirzəbəyliyə, musiqisi Anar İlhamlıya (FHN-in Akademiyasının hərbi Orkestrinin solisti və musiqi təlimatçısı, vokalçı-bəstəkar gizir Məmmədbağırov Anar İlham oğlu) məxsus olan mahnıya klip çəkilib.

Aranjimanı Rövşən Yusifov tərəfindən edilmiş mahnıda Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasına da yer verilib.

Vətənpərvərlik musiqisinin ön sıralarında yer alan bəstəkar Anar İlhamlı bildirib ki, mahnını bəstələyərkən şeirin bədii keyfiyyətlərinə xüsusi önəm verilib: “Şeir seçiləndə elə etməli idik ki, orada bizim 30 illik vətən həsrətimiz, şəhidlərimiz, qazilərimiz anılmalı idi, bizim igid oğullarımızın qəhrəmanlığı ifadə olunmalı idi. Qarşıma “Darıxmışdı yurd yeri” adlı gözəl bir şeir çıxdı Həmən müəllif Elçin müəllimlə əlaqə saxladım, onun bu şeirinə mars bəstələmək istədiyimi dedim”.

Qeyd edək ki, Anar İlhamlı daha əvvəl də bu mövzuda dəyərli əsərlər yaradıb. Bu sırada “Azərbaycan bayrağına”, “Zəfər döyüşü, “Vətən üçün doğulduq”, “Azərbaycan əsgəri-ən igid əsgər” kimi dəyərli sənət nümunələri ortaya qoyub. Bu mahnılar vasitəsilə o, qəhrəmanlıq ruhunu notlara köçürüb və ifa edib.

2023 cü ildə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə "Ulu öndər kimi bir tarixin var" adlı kompozisiyanın müəllifi olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri