Mədəniyyət naziri Adil Kərimli TİKAnın başqanı ilə görüşüb FOTOLAR
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) başqanı Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə inkişafına şərait yaratdığını bildirib.
Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Tarixi abidələrin bərpası, konservasiyası, birgə arxeoloji tədqiqatlar, o cümlədən kino və audiovizual sənət və digər sahələrdə əməkdaşlıq üçün iki ölkənin potensialından istifadə edilərək əhəmiyyətli nəticələr əldə etmək mümkündür.
Səmimi qəbula görə təşəkkürünü bildirən TİKA başqanı Serkan Kayalar rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla mövcud əlaqələri barədə məlumat verib. Deyib ki, TİKA qeyd edilən sahələrdə əməkdaşlıqda maraqlıdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Mədəniyyət naziri Adil Kərimli TİKAnın başqanı ilə görüşüb FOTOLAR
04 Dekabr 2024 16:38
Adil Kərimli TİKAnın başqanı ilə görüşüb
04 Dekabr 2024 17:19
Mədəniyyət naziri TİKAnın başqanı ilə əməkdaşlıq
04 Dekabr 2024 16:23
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb FOTOLAR
12 Noyabr 2024 20:01
Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb FOTOLAR
07 İyun 2025 08:26
Baxış sayı:70
Bu xəbər 04 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları