Icma.az
close
up
RU
Mədəniyyət naziri Akademik Rus Dram Teatrının kollektivi ilə görüşüb

Mədəniyyət naziri Akademik Rus Dram Teatrının kollektivi ilə görüşüb

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin teatr-konsert müəssisələrinin kollektivləri ilə görüşləri davam edir.

Bu barədə Bakıvaxtı.az- Mədəniyyət Nazirliyindən bildirilib.

Görüşlərdə mədəniyyət ocaqlarının fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur. 

Nazirin bu qəbildən növbəti görüşü aprelin 11-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında olub.

Kollektivi salamlayan Adil Kərimli ölkəmizdə mədəniyyət sahəsinin inkişafının Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını deyib.

Bildirilib ki, paytaxtda və bölgələrdə teatrların maddi-texniki təchizatı yaxşılaşdırılır, yeni binalar tikilir, yaxud əsaslı təmir-bərpa edilir. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. 

Akademik Rus Dram Teatrının fəaliyyətindən danışan nazir qeyd edib ki, bu mədəniyyət ocağı zəngin keçmişi, özünəməxsus sənət ənənələri ilə seçilir. Kollektivin yerli və əcnəbi müəlliflərin əsərləri əsasında hazırladığı tamaşalar ölkəmizdə və xaricdə maraqla qarşılanır.

Adil Kərimli çıxışında mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən teatr fəaliyyətinə yeni yanaşmaların zəruri olduğunu bildirib.

Qeyd edilib ki, teatr sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi də günün tələbidir. Yeni mədəniyyət strategiyasında bu məsələlər də əksini tapacaq.

Görüşdə teatrın rəhbərliyi və əməkdaşları sənət ocağının fəaliyyəti və ümumiyyətlə, səhnə sənətinin inkişaf istiqamətləri ilə bağlı çıxışları dinlənilib.

Gənc aktyorlar üçün mentor dərslərinin təşkili, yaradıcılıq məhsulu ilə bağlı qiymətləndirmə meyarları və s. məsələlərlə bağlı təkliflər səsləndirilib.

Sonda teatrın bir sıra əməkdaşlarının sualları cavablandırılıb.

Nazir kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri