Mədəniyyət naziri Lerikdə vətəndaşların müraciətlərini dinləyib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 iyul, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimli iyulun 11-də Lerik şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Adil Kərimli və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ümummilli Lider Heydər Əliyevin şəhərdəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.
Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri, əsasən, əməyin qiymətləndirilməsi, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların qaldırdığı bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib. Nazir şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















