Icma.az
close
up
RU
Mədəniyyət nazirinə kulturoloji tövsiyə

Mədəniyyət nazirinə kulturoloji tövsiyə

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Akif ƏLİ
Yekaterinburqda soydaşlarımıza qarşı törədilən kütləvi vəhşilik aksiyaları fonunda hərə öz düşüncəsinə uyğun şərh verir.

Bu gərgin günlərdə Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi, RF keçmiş Mədəniyyət naziri Mixail Şvıdkoy da “İnterfaks”a müsahibəsində Rusiyanın mədəniyyət tədbirlərinin Azərbaycanda ləğv olunmasını şərh edib. Və 50 ildir mədəniyyət sahəsini idarə edən bir şəxs Yekaterinburqdakı mədəniyyətsizliyi görməyib.
Peşə funksiyası etibarilə hər hansı mədəniyyətsiz davranışı pisləməli olan kəs əksinə, vəhşiliyə göz yumub, yalnız “Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin” (əslində konsertlər silsiləsinin) ləğvindən təəssüflənib.
Özü də nə desə yaxşıdır? Guya bu ləğvetmədən sonra “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsi yoxsullaşacaqmış”.
Oxşar düşüncə tərzini biz vaxtilə ermənilər Bakını tərk edəndə eşidərdik. Özgə yadlar və öz yadlarımız eyni saçyoldu ilə dad döyürdülər ki, bəs ermənilər köçüb gedəndən şəhərimizin ziyalı mühiti də onlarla gedib.
El arasında belə yerdə deyərlər - “Ağlınıza keçə yamayım...”
İndi bu Şvıdkoyun da ölkəsində insanlığa yaraşmayan vəhşi əməl törədilib, bütün beynəlxalq hüquq normaları tapdanıb, təqsiri hələ sübut olunmamış dinc adamlar qətlə yetirilib, amansızca döyülüb, şikəst edilib, həbsxanalara atılıb... Bu mədəniyyət xadimi isə bu qədər “bespredeli” kənara qoyub, konsert, çal-çağır hayındadır.
Bilirsinizmi niyə? Çünki pis öyrəşiblər. Və ya öyrəşdiriliblər. Uzun illər boyu lazımsız “xoruz” buraxanları dəstə-dəstə yığıb gətirib töküblər Xəzərin sahilinə, burunlarından gələnə qədər yeyib-içiblər, görmədikləri günləri görüblər, sevincdən atılıb-düşüblər, oynayıb-oxuyub-çalıblar, yorulanda da paxmel-paxmel qatara, təyyarəyə minib öz... arabalarına gediblər. İmperiya ünsürlərinin bu əyalət şənlikləri periodik olaraq zaman-zaman davam edib. Bunun adını da qoyublar “Rusiyanın Azərbaycanda mədəniyyət günləri”!
Əslində mədəniyyəti idarə edən adam bilməlidir ki, bu mədəniyyət deyil. Çünki yeyib-içib, ancaq oxumaq-çalmaq deyil mədəniyyət.
Mədəniyyət çox dərin və geniş anlayışdır. Bu anlayış bəşəriyyətin əsrlər boyu yaratdığı maddi-mənəvi dəyərlər sistemidir. Mədəniyyət istehsal, sosial və mənəvi baxımdan insanlığın çatdığı nailiyyətlərin məcmusudur. O, insanlar arasında formalaşan normalar, adətlər, inanclar, mərasimlər, biliklər, bacarıqlar, texnologiyalar, texnikalar, düşüncə, hərəkət, qarşılıqlı əlaqə və ünsiyyət üsullarıdır.
Təkcə konsert, çal-çağır deyil mədəniyyət!

Mixail Şvıdkoy
Mədəniyyət anlayışı çox genişdir, əhatəlidir və zəngindir. Mədəniyyət dedikdə bir yox, bir çox sahələr nəzərdə tutulur:
1) Elm (Təbiət elmləri, Humanitar elmlər, Sosial elmlər, Texniki elmlər, Fizika, Riyaziyyat), Fəlsəfə, Tibb, Texnika, Texnologiya;
2) İnanc, Din, Mifologiya, Etika, Ünsiyyət, Davranış, Etiket;
3) Təsviri sənət, Estetika (Rəssamlıq, Qrafika, Heykəltaraşlıq, Memarlıq);
4) Ədəbiyyat (Dramaturgiya, Poeziya, Nəsr), Mütaliə;
5) Teatr, Kinematoqrafiya, Musiqi, Xoreoqrafiya, Fotoqrafiya;
6) Mətbuat (Qəzet, Jurnal), Radio, Televiziya, Sosial şəbəkələr;
7) Muzey, Hobbi, Kolleksiyaçılıq;
8) Əyləncə, Gülüş, Yumor, Mətbəx, İdman...
Yəni oxumaq-oynamaq-çalmaq nə qədər mühüm sahələr olsa da, bəşəriyyətin mədəni tərəqqisində onlar öndə getmir, sonrakı sıralarda gəlir.
Və bir mədəniyyət adamının bütün maddi-mənəvi mədəniyyət dəyərləri sistemini bilmədən (bəlkə də bilir?) “Mədəniyyət günləri” adı altında çal-çağırı, oxumaq-oynamaq tədbirlərini bizə nümayiş etdirmək çabası bilənlərdə ancaq istehza doğurur. Adam heç olmasa məşhur rus dilçisi Vladimir Dalın "İzahlı lüğət"-indəki "Mədəniyyət - bu, əqli və əxlaqi savaddır" yazısını da oxumuş olmalıdır axı. Amma...
Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi, RF keçmiş Mədəniyyət naziri Mixail Şvıdkoy həftə səkkiz-mən doqquz mədəniyyət tədbiri adı altında “bakines” dostları ilə yemək-içməyə, çalmağa-oynamağa o qədər alışıb ki, indi bunun olmayacağını, konsertlərin ləğvini düşünəndə alovlanır, insan ölümünü gözardı edib, əldən çıxan o “ləzzətli günlərin” dərdinə yanır.
Və o qədər yanıb-tökülür ki, başqa söz tapa bilməyib deyir Rusiyadan çalanlar gəlib-getməsə, “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsi yoxsullaşacaq...”
Dərdimizə bax da! Birdirmi, ikidrmi?! Və dərdin ən böyüyü də odur ki, bu fikri ən azı 5 min illik mədəniyyət dəyərləri olan Azərbaycan xalqı haqqında o adam deyir ki, öz ölkəsində ilk əlyazma hardasa 400 il əvvəl, ilk məşhur şairsə 300 il əvvəl meydana gəlib...
Nə deyim? Belədə gərək Dədə Qorqud meydana çıxıb buna yaraşan bir ad qoya!
Ya Nizami Gəncəvi öz nəsihətlərilə bunu anlada.
Ta dahi Sabiri demirəm, çünki o eşitsə dərhal qayıdacaq ki:
“Qah! Qah! Əcəb gülməlisən, xanimanxərab!”

(2.VII.2025)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri