Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi xaricdə təhsil üzrə xüsusi Təqaüd Proqramı elan edib

Mədəniyyət Nazirliyi xaricdə təhsil üzrə xüsusi Təqaüd Proqramı elan edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyi “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulunu elan edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Təqaüd Proqramı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulan “Mədəni və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

Eyni zamanda, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları çərçivəsində mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, mədəniyyət sahəsində əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulmuşdur.

Yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS sahələrinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərmək istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz vəsaiti hesabına təhsil alan Azərbaycan Respublikası vətəndaşları Təqaüd Proqramına müraciət edə bilərlər.

Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:

1. Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya, oyun sənayesi)

2. Dəb sənəti

3. Dizayn

4. Kuratorluq

5. Memarlıq

6. Tədbirlərin təşkili

7. Mədəni və yaradıcı sahə üzrə menecment

8. Nəşriyyatlarla işin təşkili

9. Teatr, komediya və performans

10. Yaradıcı texnologiyalar

11. İncəsənət sahəsi (təsviri, tətbiqi və ifa sənətləri)

Təqaüd Proqramına qəbul prosesi iki mərhələdən ibarətdir: sənədlərin qiymətləndirilməsi və müsahibə mərhələsi.

Müraciət prosesi https://mystart.az/ informasiya resursu vasitəsilə elektron formada həyata keçirilir. Sayta daxil olmaqla Təqaüd Proqramında iştiraka dair qaydalarla, o cümlədən təqdim olunması tələb olunan sənədlərlə, üstünlük verilən ali təhsil müəssisələrinin və həmin müəssisələr üzrə ixtisas və ya proqramların siyahısı ilə tanış olamaq mümkündür. Sənəd qəbulu iyunun 16-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri