Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyində islahatlar: İdarəetmədə yeni dövrün başlanğıcı

Mədəniyyət Nazirliyində islahatlar: İdarəetmədə yeni dövrün başlanğıcı

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

2023-cü ildə Adil Kərimlinin mədəniyyət naziri təyin edilməsindən sonra bu mərkəzi icra qurumunun fəaliyyətində müsbət istiqamətdə ciddi dəyişiliklər müşahidə edilir.
Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, yeni nazirin dövründə aparılan struktur və kadr islahatları mədəniyyət sektorunda nəzərəçarpacaq dərəcədə canlanma yaradıb.
Nazirlikdə tətbiq olunan yeni idarəetmə modeli, təyinatların şəffaflığı və peşəkarların rəhbər vəzifələrə gətirilməsi mədəniyyət sahəsinin müxtəlif istiqamətlərində real nəticələr verməkdədir.
Sfera.az xəbər verir ki, son dövrlərdə nazirliyin tabeliyindəki müəssisələrin böyük hissəsində yenilənən komanda, bu qurumların iş ritmini və fəaliyyət effektivliyini artırıb.
Misal üçün, nazirin əmri ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru təyin olunan Şirin Yaşar qızı Məlikova, daha əvvəl rəhbərlik etdiyi Milli Xalça Muzeyində gördüyü işlərlə tanınırdı.
 

Onun yeni vəzifəyə gətirilməsindən sonra ölkənin ən böyük incəsənət muzeyində ciddi strukturlaşdırma, sərgilərin yenilənməsi prosesi sürətlənib. Muzeyin həm elmi, həm də sərgi fəaliyyətində dinamika müşahidə olunur, bu da təyinatın təsadüfi olmadığını göstərir.


Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin edilən Əminə Zakir qızı Məlikova isə həm “Azərbaycan Kəlağayı”, həm də “Butalı” kimi milli brendlərin yaradıcısı kimi tanınır.
Onun rəhbərliyindən sonra muzeyin işində xalça irsinin təbliği və beynəlxalq sərgilərdə iştiraka xüsusi diqqət ayrılıb. Muzeydə toxuculuq ənənələrinin qorunması, regional xalça məktəblərinin yenidən aktuallaşdırılması kimi istiqamətlərdə də mühüm addımlar atılıb.
Mədəniyyət Nazirliyi teatr sahəsində də idarəetməni gücləndirir. Azərbaycan Dövlət Mahnı Teatrının direktoru vəzifəsinə təyin olunan Ülviyyə Bəbirovanın gəlişi ilə teatrda həm repertuarın yenilənməsi, həm də gənc ifaçılara dəstək proqramlarının tətbiqi nəzərə çarpır.
 

Eyni yanaşma kino sahəsində də görünür. Heydər Əliyev Sarayının direktoru, məşhur rejissor və ssenarist İlham Qasımovun Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunması, idarəetmənin professional səviyyədə formalaşdırılmasına xidmət edən addım kimi qiymətləndirilir. Bu təyinat kino sektorunda həm şəffaflıq, həm də inkişaf baxımından yeni mərhələyə keçidin elementlərindən biri hesab olunur.


Son illər diqqətdən kənarda qalan Nizami Kino Mərkəzinin fəaliyyətində də müsbət dönüş baş verib. Mədəniyyət Nazirliyinin müdaxiləsi nəticəsində mərkəzin tədbir və nümayiş proqramı genişləndirilib, yeni yerli və xarici filmlərin nümayişi bərpa olunub. Kino mühitinin nümayəndələri mərkəzin əvvəlki nüfuzunun qaytarılması istiqamətində ardıcıl addımların atıldığını bildirirlər.
Bu proses kino infrastrukturunun yenilənməsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Nazir Adil Kərimlinin rəhbərliyi ilə aparılan bu islahatlar mədəniyyət sahəsində idarəetmənin modernləşdirilməsini, qurumlar arasında əlaqələndirmənin gücləndirilməsini və yaradıcı mühitin inkişafını hədəfləyir.
 

Nazirliyin böyük ictimai dəstək qazanan fəaliyyətlərindən biri də “Xarıbülbül Festivalı”nın yüksək səviyyədə keçirilməsi olub. Festival Qarabağın mədəni irsinin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, bölgənin bərpa olunan mədəni mühitinin zənginliyini nümayiş etdirməsi baxımından xüsusi önəm daşıyır.


Ümumilikdə, Mədəniyyət Nazirliyində aparılan kadr yenilənməsi, şəffaf idarəçilik prinsiplərinin tətbiqi və müxtəlif mədəni sahələrdə aktiv fəaliyyət Azərbaycan mədəniyyətinin inkişafına təkan verən əsas amillər kimi dəyərləndirilir.
Nazirliyin fəaliyyəti həm peşəkarlar, həm də ictimaiyyət tərəfindən islahatlara doğru atılmış real addımlar kimi qiymətləndirilməlidir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri