Mədəniyyət Nazirliyinin mətbu orqanları bağlanıb
Icma.az bildirir, Azpost portalına istinadən.
Mədəniyyət Nazirliyinin mətbu orqanları – “Mədəniyyət” qəzeti və “Mədəniyyət” jurnalı və medeniyyet.az saytı bağlanıb.
AzPost bildirir ki, bu barədə bu mətbuat orqanlarının əməkdaşları bildiriblər.
Nazirlik bununla bağlı hələ ki rəsmi açıqlama verməyib.
Qeyd edək ki, ötən ilin sonlarında hər iki nəşr fəaliyyətinin dayandırılacağı barədə məlumat yayılmışdı. Bununla bağlı qəzet və jurnalın kollektivinə məlumat verilmişdi.
Qeyd edək ki, “Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin elektron versiyası (www.medeniyyet.az) isə 2008-ci ilin oktyabrından fəaliyyət göstərir. Baş redaktoru Vüqar Əliyevdir.
“Mədəniyyət/Culture” jurnalı 1967-ci ildən çıxan elmi-metodiki, publisistik “Mədəni-maarif işi” jurnalının bazasında yaradılıb.
2012-ci ilin yanvar ayından “Mədəni həyat”, 2015-ci ilin martından “Mədəniyyət.AZ”, 2020-ci ildən isə “Mədəniyyət/Culture” adı ilə işıq üzü görür. Baş redaktoru Zöhrə Əliyevadır.
“Mədəniyyət” qəzeti həftədə 2, “Mədəniyyət” jurnalı isə ildə 6 dəfə çıxır.
Baxış sayı:118
Bu xəbər 01 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















