Mədəniyyətli kimi göstərən bu hərəkət əslində damarları partlada bilər Açıqlama
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İctimai nəqliyyatda, vacib görüşdə və ya insanların içində asqırmanı boğmaq mədəniyyətli hərəkət kimi görünə bilər. Ancaq bu, sağlamlıq üçün ciddi təhlükə yaradır.
Milli.Az xəbər verir ki, bu barədə oftalmoloq Gunva əl-Türk "gazeta"ya müsahibəsində xəbərdarlıq edib.
"Asqırıq sadəcə refleks deyil, orqanizmin mühüm müdafiə mexanizmidir. Asqırıq zamanı tənəffüs yollarında və udlaqda təzyiq kəskin artır, orqanizm güclü hava axınını kənara atmağa hazırlaşır. Əgər burun və ağız bağlanarsa, bu hava içəridə qalır və təzyiq qulaq, gözlər və selikli qişadakı xırda damarların üzərinə yönəlir.
Nəticədə qulaq pərdəsinin zədələnməsi, orta qulaqda infeksiya, baş ağrısı, qulaqda tutulma, hətta kiçik damarların partlaması mümkündür.
Pasiyentlər çox vaxt asqırmanı saxladıqdan sonra oftalmoloqa müraciət edir. Ən geniş yayılmış fəsadlardan biri subkonjonktival qanaxmadır. Məsələn, gözün ağ hissəsində parlaq qırmızı ləkənin əmələ gəlməsi. Bu, təzyiqin kəskin artması və xırda damarların partlaması nəticəsində yaranır", - deyə həkim vurğulayıb.
Adətən belə qanaxmalar görmə qabiliyyəti üçün təhlükə yaratmır, amma narahatlıq yaradır. Daha ağır hallarda isə tor qişada qanaxmalar ola bilər ki, bu da ciddi nəzarət və müalicə tələb edir.
"Asqırıq bədəni toz, allergen və mikroblardan qoruyan təbii mexanizmdir. Onu boğmaqla bu prosesi pozur və sağlamlığımızı riskə atırıq. Əgər vəziyyət həqiqətən tələb edirsə, ən yaxşısı ağız və burnu salfetlə və ya dirsəklə örtməkdir, amma havanın çıxmasına imkan vermək lazımdır", - deyə həkim fikrini yekunlaşdırıb.
İsmayıl
Milli.Az


