Icma.az
close
up
RU
Media: ABŞ Avropa İttifaqına 10 faizlik tarif razılaşması təklif edib

Media: ABŞ Avropa İttifaqına 10 faizlik tarif razılaşması təklif edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 iyul, AZƏRTAC

ABŞ idxal olunan Avropa mallarına 10 faizlik rüsumun tətbiqi ilə bağlı Brüsselə saziş təklif edib.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Vaşinqtonun təklifinə görə, aviasiya sənayesi və içki istehsalı kimi sahələr istisna olmaqla, rüsumlar ABŞ-a idxal edilən bütün Avropa məhsullarına şamil ediləcək.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sazişin çərçivəsi hələ dəqiqləşməyib və bunun üçün ABŞ Prezidenti Donald Trampın təsdiqi lazımdır. Eyni zamanda, Vaşinqtonun Brüsselə güzəştə gedəcəyi və avtomobil istehsalı, polad və alüminium sənayesi, eləcə də əczaçılıq kimi sahələrin məhsullarına tətbiq olunan tarifləri ləğv edəcəyi ilə bağlı heç bir əlamət görünmür.

İyulun 3-də Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Brüsselin ABŞ-la tariflərin ləğvi ilə bağlı razılığa gələ bilməyəcəyi halında əks ticarət tədbirləri hazırladığını deyib. Ertəsi gün “Financial Times” nəşri Vaşinqtonun Avropanın kənd təsərrüfatı məhsullarına 17 faiz rüsum tətbiq etməyə hazırlaşdığını yazıb. “Bloomberg” agentliyi isə Avropa İttifaqının ildə 116 milyard avro dəyərində ABŞ mallarına tarif tətbiq edə biləcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəlcə ticarət danışıqlarının mürəkkəbliyini əsas gətirərək, iyunun 1-dən Avropa İttifaqı ölkələrindən idxala 50 faizlik rüsumun tətbiq ediləcəyini bildirib. Ağ evin rəhbəri sonradan, 50 faizlik rüsumların tətbiqini iyunun 1-dən iyulun 9-dək təxirə salacağını açıqlayıb. Onun sözlərinə görə, Aİ-nin qurulmasının əsas məqsədlərindən biri ticarət sahəsində ABŞ-a qarşı üstünlük əldə etmək olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri