Media: ABŞ ın blokadası İrana təxminən 5 milyard dollara başa gəlib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 2 may, AZƏRTAC
ABŞ-nin Oman körfəzindəki blokadası səbəbindən İran təxminən 5 milyard dollarlıq neft gəlirindən məhrum olub.
AZƏRTAC-ın “Axios”a istinadla verdiyi məlumata görə, bu barədə Müharibə Departamentinin hesablamalarında qeyd olunub. Bildirilir ki, bu İran hökumətinə görünməmiş təzyiq yaradıb.
Aprelin 13-də blokada başlayandan ABŞ ordusu neft və digər qaçaqmalçılıq daşıyaraq blokadadan keçməyə çalışan 40-dan çox gəmini geri qaytarıb. Məlumata əsasən, ümumilikdə, 53 milyon barel İran nefti ilə yüklənmiş 31 tanker körfəzdə ilişib qalıb və onların dəyəri ən azı 4,8 milyard dollardır. ABŞ tərəfindən iki gəmi ələ keçirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:ABŞ ın İrana qarşı hərbi əməliyyatları 40 milyard dollara başa gəlib
22 İyun 2026 08:01
ABŞ ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
12 Mart 2026 09:18
ABŞ ın İrana qarşı əməliyyatının bir günü təxminən 900 milyon dollara başa gəlir
06 Mart 2026 11:55
ABŞ ın Hörmüzdə İrana qarşı blokadası qüvvəyə mindi
13 Aprel 2026 19:27
CBS: ABŞ ın İrana hücumlarının dəyəri 50 milyard dollara yaxındır
01 May 2026 12:47
Baxış sayı:166
Bu xəbər 02 May 2026 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















