Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 31 yanvar, AZƏRTAC
Fars körfəzi ölkələri ABŞ və Səudiyyə Ərəbistanı arasında yüksəksəviyyəli görüşlərə baxmayaraq, Vaşinqtonun İranla bağlı məqsəd və planları barədə aydın mövqe əldə edə bilməyiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News” Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən birinin rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ administrasiyası İranla bağlı qiymətləndirmələrini və strategiyasını Körfəz müttəfiqləri ilə bölüşməyib. Rəsmi şəxs Səudiyyə Ərəbistanının iştirak etmədiyi müharibə üçün öz hava məkanının istifadəsinə icazə verməyəcəyini də vurğulayıb. O əlavə edib ki, Körfəz ölkələri ABŞ və İranla diplomatik kanallar vasitəsilə təmasları davam etdirərək gərginliyin azaldılmasına çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 31 Yanvar 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















