Media: Avropa İttifaqı Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Avropa Komissiyası Rusiya ilə mümkün hərbi münaqişə ssenarisində hərbi texnikanın daşınması üçün nəqliyyat vasitələrinin müştərək istifadəsinə dair plan üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə adı açıqlanmayan rəsmilərə istinadla məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələr və NATO ilə birlikdə qitə boyunca tankların və ağır artilleriyanın daşınması üçün yük maşınları, dəmiryolu vaqonları və bərələrin birgə istifadəsinin əlaqələndirilməsi məsələlərini müzakirə edir.
İrəli sürülən təkliflərdən biri Avropa ölkələrinə ümumi resurslara çıxış imkanı yaratmaqdır ki, bu da silahlı qüvvələrin Aİ ərazisində sərbəst hərəkətini təmin edə bilər.
Avropa Komissiyası noyabr ayında nəqliyyat infrastrukturunun və gömrük prosedurlarının təkmilləşdirilməsi ilə bağlı layihələr təqdim etməyi planlaşdırır. Bu layihələr ordunun Avropa İttifaqı ərazisində hərəkəti üçün tələb olunan vaxtın azaldılmasına yönəlib.
Rəsmilərin sözlərinə görə, təşəbbüs zərurət yarandıqda Aİ-yə üzv dövlətlərin bir-birinə hərbi qüvvələrin və texnikanın daşınması üçün kater, təyyarə və yük maşınları kimi nəqliyyat vasitələri təqdim etməsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















