Icma.az
close
up
RU
Media biznesindən 80 milyon zərər etdi, şokoladdan 20 milyon qazandı

Media biznesindən 80 milyon zərər etdi, şokoladdan 20 milyon qazandı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"YouTube"da böyük gəlir əldə etmək istəyən bir məzmun istehsalçısısınızsa, bəlkə də şokolad biznesinə girməlisiniz. Çünki MrBeast keçən il yalnız şokolad satışından 20 milyon dollar qazanıb.

Qaynarinfo xəbər verir ki, "YouTube"un ən tanınmış simalarından biri olan MrBeast, yəni Cimmi Donaldson iş sahəsini xeyli genişləndirib. 26 yaşlı bu milyoner "YouTube"da 372 milyon, "Instagram"da isə 66,5 milyon izləyiciyə sahibdir və yalnız məzmun istehsal etməklə kifayətlənmir. Onun sahibi olduğu "Beast Industries" şirkəti "Feastables" adlı şokolad markasının əsas ortaqlarından biridir. 

"Mashable" yazarı Tim Marçinə görə, bu şokoladlar olduqca dadlıdır. "Bloomberg"in investorlara göndərilən və araşdırdığı sənədlərə əsasən, "Feastables" ötən il 250 milyon dollarlıq satış həyata keçirib və 20 milyon dollardan çox mənfəət əldə edib.

Lakin "Bloomberg"in məlumatına görə, MrBeast-in "YouTube" kanalı və realiti-şousunu əhatə edən media biznesi də oxşar gəlir əldə etsə də, eyni dövrdə təxminən 80 milyon dollar zərər edib.

"After School" bülleteninin müəllifi Keysi Luisin qeyd etdiyi kimi, bu, "YouTube" məzmun istehsalçılarının daha yüksək keyfiyyətli videolar çəkmək üçün daha çox pul xərcləmək məcburiyyətində qaldığı bir dövrə təsadüf edir. Çünki platformadan, reklamlardan və ya brendlərdən gələn gəlirlər ciddi bir artım göstərmir. 

Bu maliyyət problemi birbaşa MrBeast-in biznesini təsirləndirməsə də, daha geniş miqyasda yeni bir tendensiyanı işarə edir: brendinizi sosial media platformalarında tanıtmaq əvəzinə, onu şokolad kimi məhsullara çevirmək daha sərfəli ola bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Mart 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri