Media: Brüssel Rusiyaya qarşı tam ticarət embarqosu variantını nəzərdən keçirir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 may, AZƏRTAC
Avropa İttifaqı Rusiyaya qarşı yüksək rüsumların və hətta genişmiqyaslı ticarət embarqosunun tətbiqi variantını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, yeni tədbirlər planı bu gün Albaniyada Böyük Britaniya və Ukraynanın da iştirak edəcəyi “Avropa Siyasi Birliyi”nin iclasında müzakirə olunacaq.
Brüssel Moskvaya qarşı yeni məhdudiyyətlər ideyasını Rusiya ixracına 500 faizlik rüsum tətbiqini təklif edən ABŞ senatoru Lindsi Qremdən götürüb.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin ilk sammiti 2022-ci ilin oktyabrında 44 ölkənin iştirakı ilə Praqada baş tutub. Bu format Brüssel tərəfindən Rusiyaya qarşı mübarizə vasitəsi kimi yaradılıb.

AB Rusiyaya tam ticarət embarqosu tətbiq edə bilər
16 May 2025 11:03
Media: Brüssel Vaşinqtonla ticarət danışıqlarını sürətləndirməyi planlaşdırır
27 May 2025 15:19
Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirir
26 May 2025 07:58
Prezident: “Rusiyaya tam ticarət embarqosunu nəzərdən keçirməliyik”
10 Fevral 2025 14:34

