Media: Fon der Lyayen Aİ ni ABŞ dan asılı vəziyyətə salır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenqeyri-ardıcıl “strateji muxtariyyət” siyasəti yürüdərək, Avropa İttifaqını (Aİ) ABŞ-dan asılı vəziyyətə salır və Çinlə əlaqələri zəiflədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin nəşri “China Daily” yazıb.
Qəzet qeyd edir ki, Avropa İttifaqının Çin kimi əsas ticarət tərəfdaşlarından ‘müstəqilliyini’ müdafiə etməklə yanaşı, enerji, resurslar və təhlükəsizlik baxımından ABŞ-dan dərin asılılığını etiraf edən Leyen təəccüblü uyğunsuzluq nümayiş etdirir.
Müəlliflərin fikrincə, Avropa–Amerika ticarət əlaqələri Ağ Evin artan təzyiqi altında çətinliklərlə üzləşir, bu da Brüsseli geosiyasi müstəvidə ABŞ-ın xəttini izləməyə məcbur edir.
Məqalədə vurğulanır ki, Aİ-nin elan etdiyi “strateji muxtariyyət” siyasəti, əslində, Vaşinqtondan struktur asılılıq problemini həll etməkdən çox, Çinlə əməkdaşlıqdan imtinanı ifadə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















