Media haqqında və Reklam haqqında qanunlara dəyişiklik edilməsi ilə bağlı ilkin variant hazırlanıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Media haqqında” və “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin ilkin variantı hazırlanıb.
"Report" xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, ilkin variant bir neçə dəfə müzakirə olunub.
Məlumata görə, layihələrin son versiyaları hazırlandıqdan sonra müvafiq dövlət qurumları ilə razılaşdırma proseduru həyata keçiriləcək.
Bundan başqa "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan respublikası Prezidentinin Fərmanı layihəsi hazırlanıb. Həmin layihələr rəsmi qaydada "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə göndərilib və razılaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















