Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 sentyabr, AZƏRTAC
Husilər Səudiyyə Ərəbistanındakı hədəflərə bir sıra zərbələr endiriblər.
AZƏRTAC ərəb mediasına istinadla xəbər verir ki, hərəkatın hərbi rəhbərliyinin bəyanatında Yəmən husilərinin Səudiyyə Ərəbistanına qarşı bir sıra hücumlar həyata keçirdikləri bildirilir.
Qeyd olunur ki, Ər-Riyadda "həssas obyektlərə", Yanbu şəhərində isə Səudiyyə Ərəbistanının neft şirkəti olan "Saudi Aramco"nun obyektlərinə zərbələr endirilib.
Husilər iddia edir ki, hər iki əməliyyat uğurlu olub. Hücum zamanı çox sayda ballistik və qanadlı raket və drondan istifadə edildiyi də qeyd olunub.
Bəyanatda bildirilir ki, husilər Yəmənə qarşı blokada qaldırılana qədər Səudiyyə ordusuna hücumları dayandırmayacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Sentyabr 2026 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















