Media: İspan pilotlar Türkiyənin HÜRJET qırıcılarında təlim keçəcəklər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 25 sentyabr, AZƏRTAC
İspaniya hökumətinin qərarından sonra İspaniya Hərbi Hava Qüvvələrinin uçuş təlimi proqramı Amerika istehsalı olan F-5M çoxməqsədli qırıcılarını Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan HÜRJET təlim təyyarələri ilə əvəz edəcək.
AZƏRTAC Türkiyənin “Star” qəzetinə istinadla xəbər verir ki, 2025-ci ilin oktyabr ayının sonunadək 30 ədəd HÜRJET təyyarəsi üçün sifarişin verilməsi planlaşdırılır.
Sövdələşmə Madridin əlavə olaraq Türkiyə istehsalı olan 15 təyyarə alması imkanını da ehtiva edir.
Qəzet qeyd edir ki, HÜRJET təyyarələrinin İspaniyaya tədarükü 2028-ci ildə başlayacaq.
TUSAŞ daha əvvəl HÜRJET seriyalı ilk partiyasının 2027-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyini bildirmişdi.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 25 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















