Media: Kanada Ukrayna ilə PUA istehsalı üzrə birgə müəssisə yarada bilər
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 28 aprel, AZƏRTAC
Kanadanın “Sentinel” kompaniyası adı açıqlanmayan Ukrayna firması ilə pilotsuz uçuş aparatları (PUA) istehsalı üzrə birgə müəssisə yarada bilər. PUA-ların Kanadada Ukrayna Silahlı Qüvvələri üçün istehsal olunması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb. Mənbələrin qəzetə verdiyi məlumata görə, hazırda Kanada və Ukraynanın müdafiə nazirlikləri arasında danışıqlar aparılır. Əgər nəticə uğurlu olarsa, Kanadada PUA istehsalına başlanılacaq. Kanada hökumətinin bu dronları alıb sonra Ukrayna ordusuna təhvil verəcəyi gözlənilir.
Qəzet qeyd edib ki, Ukraynada münaqişənin başlanmasından bəri Ottava Kiyevə 6,5 milyard dollarlıq hərbi yardım ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Aprel 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















