Icma.az
close
up
RU
Media Kuboku 2026 nın püşkü atıldı

Media Kuboku 2026 nın püşkü atıldı

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Mətbuat Şurasında təşkil olunmuş tədbirdə əvvəlcə yarış barədə məlumat verilib.

İAM-ın sədri Elşən Məmmədov bildirib ki, ənənəvi turnirdə 4 komanda - "Əkinçi", "Ziya", "Həyat" və "Tərəqqi" adlı kollektivlər mübarizə aparacaqlar. O, "Avrora Group"un baş sponsorluğu ilə media nümayəndələri arasında ardıcıl 5-ci il gerçəkləşəcək yarışın ilk 3 ilində voleybol mübarizəsinin getdiyini xatırladıb. E.Məmmədov ötən il Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş minifutbol turnirinin bu dəfə Qusar Olimpiya İdman Kompleksində gerçəkləşəcəyini diqqətə çatdırıb. 

Yurd.Media-nın baş redaktoru Murad Əliyev media nümayəndələri arasında təşkil olunan belə yarışların əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, turnirdə həm Bakıdan yollanan jurnalistlər, həm bölgə müxbirləri və operatorları iştirak edəcək ki, bu da media həmrəyliyinin artmasına öz tövfəsini verəcək.  

Jurnalistlər adından danışan "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev "Media Kuboku-2026" turnirinin təşkilatçılarına təşəkkürünü bildirərək, gələcəkdə yarışın daha geniş formatda keçirilməsi arzusunu dilə gətirib. 

Eyni fikirləri Azərbaycan Minifutbol Federasiyasının kütləvi yarışlar departamentinin rəhbəri Vüsal Cəmilli və minifutbol üzrə Avropa çempionu Ruzigar İbrahimzadə də səsləndirib. Onlar bildiriblər ki, media nümayəndələri arasında turnirlərin bölgələrdə təşkili yarışa əlavə maraq yaradır və rəng qatır. 

"Avrora Group"un nümayəndəsi Vasif Musayev isə ardıcıl 5-ci il "Media Kuboku"na baş sponsorluq etməkdən məmnunluqlarını bildirərək, hər dəfə medianın müxtəlif sferalalarından olan əməkdaşların bir araya gəldiklərini vurğulayıb. O, jurnalistlər arasında daha geniş formatlı turnirin maraqlı ideya olduğunu da söyləyib. 

Daha sonra püşk atılıb və yarımfinal cütlükləri müəyyənləşib. İdman mətbuatının əməkdaşlarından ibarət "Tərəqqi" komandası televiziya nümayəndələrinin toplaşdığı "Həyat" kollektivi ilə qarşılaşacaq. Agentliklər və qəzetlərdən qurulmuş "Ziya" komandası isə xəbər portallarının cəmləşdiyi "Əkinçi"yə rəqib olub. Yarımfinal oyunları iyulun 18-də keçiriləcək. 

Ertəsi gün isə cütlüklərin məğlubları 3-cü yer uğrunda görüşdə, qalibləri isə finalda üz-üzə gələcək. 

Qeyd edək ki, "Media Kuboku - 2026"nın açılış mərasimi 18 iyul saat 16:00-da Qusar Olimpiya İdman Kompleksində baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri