Media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara mediatur təşkil olunub
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şamaxıda keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusundakı konfrans çərçivəsində bu gün media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara mediatur təşkil olunub.
Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Media nümayəndələri Şamaxı şəhərində yerləşən Cümə məscidini, Pirsaat və İmamzadə ziyarətgahlarını ziyarət ediblər.
Ziyarət zamanı dini ibadətgahların tarixi və bugünkü fəaliyyətləri ilə bağlı media nümayəndələrinə ətraflı məlumat verilib.
Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, "Report" informasiya agentliyi və Baku TV telekanalıdır.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















