Icma.az
close
up
RU
Media nümayəndələri üçün Sosial Jurnalistika təlimi: DOST xidmətləri ilə tanışlıq

Media nümayəndələri üçün Sosial Jurnalistika təlimi: DOST xidmətləri ilə tanışlıq

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil olunub.

Oxu.Az xəbər verir ki, təlimin əsas mövzusunu "DOST Agentliyi tərəfindən göstərilən xidmətlər" təşkil edib.

Təlimin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumunun təmsilçisi olan jurnalistlərə DOST Konsepsiyasının mahiyyəti, "Bir Pəncərə" modeli çərçivəsində xidmətlərin təşkili, rəqəmsallaşma səviyyəsi, xidmət kanalları, DOST şəbəkəsinin genişləndirilməsi strategiyası və "Könüllü DOST" proqramı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, DOST Agentliyi vətəndaşlara 13 əsas istiqamət üzrə ümumilikdə 161 adda sosial xidmət təqdim edir. Bu xidmətlərin 92 faizi rəqəmsal formatda əlçatandır ki, bu da vətəndaşların xidmətlərə daha sürətli, şəffaf və rahat şəkildə çıxışını təmin edir.

Təlim iştirakçıları, həmçinin DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı praktiki nümunələrlə tanış olublar. Daha sonra jurnalistlərin sualları cavablandırılıb və sosial sahədə informasiya mübadiləsinin gücləndirilməsi yolları müzakirə edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri