Icma.az
close
up
RU
Media nümayəndələri üçün təlim keçirildi

Media nümayəndələri üçün təlim keçirildi

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 27-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün Gəncə şəhərində “İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilib.

Metbuat.az xəbər verir ki, məqsəd icbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə yazan jurnalistlərin bu sahədə daha dolğun məlumatlandırılması, əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır.

Tədbirin açılışında Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxış edib. O, icbari tibbi sığortanın ölkədə tibbi xidmətlərə çıxışı təmin edən sosial təminat mexanizmi olduğunu vurğulayıb: “İxtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir. Əsas məqsəd yalnız xidmət çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir.Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsasıvətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovatəqdimatla çıxış edərək bildirib ki, jurnalistlərin maarifləndirmə prosesində rolu təkcə məlumat ötürməkdən ibarət deyil, həm də ictimai etimadın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu ilin ilk 10 ayında ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan istifadə edib: “Müraciətlər üzrə 77 milyondan çox tibbi xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Özəl tibb müəssiələrində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb”.

Daha sonra TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, hazırda TƏBİB tərəfindən xidmət əlçatanlığının artırılması və keyfiyyətin yüksəldilməsi üçün bir sıra layihələr həyata keçirilir. Eyni zamanda, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır: “Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb. Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə 7 strateji istiqamət və 36 tədbiri əhatə edir ki, bunlardan biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir”.

Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərovvətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilməsində göndəriş sisteminin düzgün tətbiqinin vacibliyini vurğulayıb. O həmçinin göndərişlərin əldə olunması üsulları, tibbi xidmətlərin göstərilməsi zamanı elektron göndərişlərin tətbiqi, eləcə də təcili və təxirəsalınmaz hallarda özəl tibb müəssisələrinə göndəriş verilməsi proseduru barədə geniş məlumat təqdim edib. Onun sözlərinə görə, göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir.

TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyevabildirib ki, TƏBİB-in tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi fəaliyyət göstərir.Bu müəssisələrin hər biriicbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidmət göstərir: “Tibb müəssisələri fəaliyyət göstəriciləri, kadr potensialı və xidmət səviyyəsinə uyğun olaraq müxtəlif kateqoriyalara ayrılır. 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsində müsbət dinamika görünür. Nəticədə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunan tibbi xidmətlər üçün ödənilən məbləğ üzrə də 8% artım qeydə alınıb”.

TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində müasir tibbi xidmət spektri genişlənir: “Artıq müəssisələrdə FAKO üsulu ilə katarakta, DSR(gözyaşı kanal tıxanıqlığı)əməliyyatı, Avastin inyeksiyası və digər oftalmoloji prosedurlar icra olunur, regionlarda xidmət çeşidliliyinin artırılması istiqamətində ardıcıl işlər aparılır. Gələcək mərhələdə vitroretinal əməliyyatların icrası, refraktiv cərrahiyyə mərkəzinin yaradılması, habelə müəssisələrin müasir avadanlıqlarlatəchizatı planlaşdırılır”.Daha sonra təcili və təxirəsalınmaz tibbi yardım xidməti, mövcud briqada, ambulans sayları, gündəlik çağırışlar, xidmətin təkmilləşdirilməsi üçün görüləcək işlərlə bağlı planlar da media nümayəndələrinin nəzərinə çatdırılıb.

Agentliyin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov monitorinq fəaliyyətinin tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətin göstərilməsi prosesinin keyfiyyətinin, icrasına nəzarət və xidmət yükünün qiymətləndirilməsi baxımından aparıldığını qeyd edib. O, monitorinq nəticələrinin xidmətlərin göstərilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə əsas baza rolunu oynadığını bildirib: “Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinqaparılıb. Monitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, eləcə də sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin verilməsi prosesinin düzgün icrası istiqamətlərini əhatə edib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Noyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri