Icma.az
close
up
RU
Media nümayəndələrinin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır Ombudsman

Media nümayəndələrinin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır Ombudsman

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Müasir dövrün ən aktual mövzularından birinə həsr olunmuş bugünkü tədbirdə hər birinizi salamlayır, dəvətə görə təşəkkürümü bildirirəm". SİA xəbər verir ki, bu sözləri Azərbaycan hüquqşünası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi zamanı deyib.

O bildirib ki, ilk öncə fürsətdən istifadə edərək media nümayəndələrini “Azərbaycan milli mətbuatının 150 illiyi” yubileyi münasibəti ilə təbrik edir, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm: "Bugünkü tədbir ictimai hadisələrin mediada təzahürünün və media platformalarının ictimai rəyə təsir imkanlarının təhlili, peşəkar yanaşmaların təşviqi, habelə medianın insan hüquqlarına təsirlərinin müzakirə edilməsi və qurumlar arasında əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Məlum olduğu kimi, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Media, eyni zamanda effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir.

Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirdi. Medianın İnkişafı Agentliyinin təsis olunması, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, media subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaların tətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir.

Son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır. Lakin, bu transformasiya fonunda bəzi ciddi risklər də meydana çıxa bilər. Onlar sırasında dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı risklər xüsusi ilə qeyd olunmalıdır. Bu səbəbdən media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası, bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.

Nəzərinizə çatdırmaq istərdim ki, Ombudsmanın fəaliyyətində beynəlxalq və yerli media ilə əməkdaşlığın daha sıx və səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Bu əməkdaşlıq Müvəkkilin fəaliyyətinin beynəlxalq və yerli mediada işıqlandırılması, mətbuatda ictimailəşdirilən problemlərin, media subyektlərinin özlərindən daxil olan müraciətlərin, habelə mediada məlumatların dərc olunması ilə əlaqədar yol verilən insan hüquq pozuntuları hallarının araşdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində davam etdirilir.

Daxil olan şikayətlər, habelə mediada, sosial şəbəkə resurslarında yayımlanan və şəxslərin, xüsusi ilə də əhalinin həssas qruplarının hüquqlarını pozan, şəxsi və ailə həyatına, şərəf və ləyaqətə toxunan müxtəlif məzmunlu məlumatlarla bağlı tərəfimizdən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.

Media nümayəndələrinin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır. Belə ki, Ombudsmanın “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində media subyektləri və jurnalistlərin informasiya əldə etmək hüququnun təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş müddətdə onların sorğularının cavablandırılması barədə müraciətləri də araşdırılaraq zəruri tədbirlər görülür.

Bundan əlavə, Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, habelə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyalarının qanunvericiliklə təsbit olunması bu sahədə birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır".

"Müasir dövrdə media və sosial şəbəkə platformaları beynəlxalq və yerli ictimaiyyətin zamanında və dolğun məlumatlandırılması, ictimai rəyin formalaşdırılması nöqteyi-nəzərindən münaqişələrin gedişatında da həlledici vasitəyə çevrilmişdir. Belə ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərin, habelə bu faktlarla bağlı post-müharibə dövründə həyata keçirdiyimiz fakt-araşdırıcı missiyaların mətbuatda işıqlandırılması, müvafiq hesabatların yayımlanması və beynəlxalq ictimaiyyətə çağırışların edilməsi baxımından media subyektləri ilə əməkdaşlığımız öz müsbət nəticələrini vermişdir.

Hesab edirəm ki, media subyektləri üçün insan hüquqları üzrə tematik təlimlərin təşkil olunması, rəqəmsal platformalar üzərindən peşə etikası və hüquqi tənzimləmələr barədə ictimai məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, eləcə də media savadlılığının artırılması üzrə birgə tədbirlərin gücləndirilməsi media sahəsində fəaliyyətin effektivliyinin daha da artırılmasına, media və cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsinə öz müsbət töhfəsini verə bilər.

Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, 18 may - 18 iyun tarixlərində Ombudsman tərəfindən təşkil ediləcək insan hüquqları aylığı çərçivəsində ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” mövzusunda silsilə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, media nümayəndələrini həmin tədbirlərdə aktiv iştirak etməyə dəvət edirəm.

Beləliklə, əminəm ki, bugünkü Forum insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində birgə əməkdaşlığımızın genişləndirilməsinə əlverişli şərait yaratmaqla yanaşı, mediadan düzgün və səmərəli istifadə olunması imkanlarının qiymətləndirilməsi baxımından da faydalı olacaqdır" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri