Icma.az
close
up
RU
Media nümayəndələrinin Özbəkistana səfəri yekunlaşıb FOTOLAR

Media nümayəndələrinin Özbəkistana səfəri yekunlaşıb FOTOLAR

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” çərçivəsində” Azərbaycan media nümayəndələrinin Özbəkistan Respublikasının Xarəzm vilayətinə səfəri yekunlaşıb.
Özbəkistana mediaturun dördüncü və son günü çərçivəsində Azərbaycanın media nümayəndələri ilk növbədə Xarəzm vilayətinin Urgenç şəhərində yerləşən IT-Parkın fəaliyyəti ilə tanış olublar. Jurnalistlərə Özbəkistanın Rəqəmsal İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən IT-Parkda startap layihələrinin inkişafı, rəqəmsal xidmətlərin ixracı və gənclərin informasiya texnologiyaları sahəsində təlim imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda parkda 250-dən çox gənc mütəxəssis fəaliyyət göstərir, startap inkubasiya mərkəzi fəaliyyətə başlayıb və regionda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atılır.
Xarəzmşah Cəlaləddin Məngübərdinin abidəsini ziyarət zamanı isə qeyd olunub ki, XIII əsrdə yaşamış Cəlaləddin Məngübərdi Özbəkistan tarixində igidlik, mübarizlik və milli qürur rəmzi kimi dərin iz qoyub Jurnalistlərə məlumat verilib ki, Urgenç şəhərinin mərkəzində ucaldılmış bu abidə həm yerli sakinlərin, həm də turistlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir. Kompleksin ətrafı abadlaşdırılıb, istirahət zonaları və yaşıllıq sahələri salınıb, abidənin qarşısında xatirə lövhələri və informasiya guşələri yerləşdirilib.
Qeyd edək ki, qarşılıqlı informasiya mübadiləsinin genişləndirilməsi məqsədi daşıyan səfər 4-7 noyabr tarixlərini əhatə edib.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri