Media: Pakistan hücum təhdidi səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 25 fevral, AZƏRTAC
Pakistanın hakimiyyət orqanları silahlıların hücum təhdidi səbəbindən ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə Pakistanın daxili işlər naziri Talal Çaudhriyə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, yaxın günlərdə Pakistan ərazisində silsilə hücumların həyata keçirilə biləcəyinə dair kəşfiyyat məlumatları əldə olunub.
Talal Çaudhri son həftələr ərzində təhlükəsizlik qüvvələrinin aralarında Əfqanıstan vətəndaşları olmaqla onlarla şübhəlinin terrorçuluq şübhəsi ilə həbs olunduğunu vurğulayıb. O, həmçinin terror hücumlarında Əfqanıstan ərazisindən keçən silahlıların iştirakına dair əlavə dəlillərin əldə edildiyini deyib.
Xatırladaq ki, fevralın 22-də Pakistan ordusu Əfqanıstanda fəaliyyət göstərən “Təhriki Taliban Pakistan” və İŞİD-in bir qolu olan “Vilayət Xorasan” qruplaşmasının mövqelərinə zərbələr endirib. Silahlı Qüvvələrin bəyanatına əsasən, əməliyyat Pakistanda son terror hücumlarına, o cümlədən İslamabadda məsciddə törədilən partlayışa cavab olaraq həyata keçirilib.
Əfqanıstan hakimiyyəti isə öz növbəsində Pakistanın hücumu nəticəsində onlarla mülki şəxsin öldüyü barədə məlumat verib. Kabil ölkənin ərazi bütövlüyünün pozulmasına qətiyyətlə cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 25 Fevral 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















