Icma.az
close
up
RU
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Buxarest, 10 may, AZƏRTAC

Beynəlxalq telekommunikasiya operatoru RETN Rumıniya üzərindən Balkanları, Moldovanı və Ukraynanı birləşdirən yeni optik maqistral xətt istifadəyə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın economica.net nəşri yazıb.

Bildirilib ki, layihə regionda rəqəmsal bağlantının və məlumat axınının dayanıqlığını artırmağa hesablanıb. Yeni xətt Drobeta-Turnu Severin, Buxarest, Yaş və Kişinyov istiqamətində uzanır və Rumıniya ilə Moldovanı RETN-in Budapeşt–Timişoara–Sofiya xəttini əhatə edən Balkan dəhlizinə birləşdirir. Bununla da, Şərqi və Cənub-Şərqi Avropada alternativ rəqəmsal marşrut formalaşdırılır.

Şirkətin biznesin inkişafı üzrə direktoru Elena Lutsenkonun sözlərinə görə, layihə Rumıniyada bağlantı dayanıqlığının gücləndirilməsi baxımından mühüm addımdır. O bildirib ki, Buxarest və Yaş şəhərləri sürətlə texnologiya və biznes mərkəzlərinə çevrilir, buna görə də yüksək ötürmə qabiliyyətinə malik infrastruktura tələbat artır.

Rumıniya mediasının yazdığına görə, yeni xətt Ukraynaya Moldova üzərindən, Balkanlara isə Bolqarıstan vasitəsilə alternativ marşrutların yaradılmasına imkan verir.

Ekspertlərin fikrincə, bu layihə regionun rəqəmsal təhlükəsizliyi və məlumat axınının diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Məlumatda vurğulanır ki, son illərdə Rumıniya Qara dəniz regionunda enerji, logistika və rəqəmsal infrastruktur baxımından əsas tranzit mərkəzlərindən birinə çevrilməyə çalışır. Yeni maqistralın istifadəyə verilməsi isə Rumıniyanın Balkanlar, Moldova və Ukrayna arasında bağlantı qovşağı rolunu daha da gücləndirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri