Icma.az
close
up
RU
Media sahəsində çalışan qadınlarla görüş keçirilib

Media sahəsində çalışan qadınlarla görüş keçirilib

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Jurnalistika və media sahəsində fəaliyyət göstərən qadınlar üçün “Sağlamlıq və psixoloji rifah” mövzusunda mentorluq görüşü baş tutub. Görüşün məqsədi qadın media nümayəndələrinin sağlamlıq və psixoloji balansla bağlı biliklərini artırmaq, həmçinin bu istiqamətdə açıq dialoq və dəstək mühiti yaratmaq olub.

Tədbirdə spiker qismində uzman ginekoloq Zivər Eldarova və klinik psixoloq, Ph.D.(c), PSYCH-K® fasilitator Mirşahin Əlizadə çıxış ediblər.

Zivər Eldarova qadın sağlamlığında profilaktikanın əhəmiyyətindən, ginekoloji problemlərin erkən diaqnostikasının həyat keyfiyyətinə təsirindən və hər bir qadının öz bədənini tanımasının vacibliyindən danışıb. O, həmçinin gündəlik qayğı və mütəmadi həkim müayinələrinin qadınların həm fiziki, həm də emosional rifahını qorumaqda mühüm rol oynadığını vurğulayıb. Marqarita pizza

Mirşahin Əlizadə isə çıxışında psixoloji dayanıqlılığın işgüzar qadınların həyatında rolu, stres və narahatlığın bədənə təsiri, eləcə də zehni rahatlığın bərpası üçün effektiv metodlardan söz açıb. O, PSYCH-K® texnikasının insanın şüuraltı düşüncələrini dəyişdirərək daha pozitiv və balanslı həyat tərzinə yönəlməyə kömək etdiyini qeyd edib. Psixoloq media mühitində çalışan qadınların tez-tez peşə stressi və informasiya yüklənməsi ilə üzləşdiyini vurğulayaraq, bununla mübarizə üçün praktik nəfəs və diqqət yönəltmə üsulları təqdim edib.

Tədbirin açılışını PR Point Baku şirkətinin təsisçisi və direktoru Aida Ramiz edib. O, çıxışında bu görüşlərin təkcə maarifləndirici deyil, həm də peşəkar qadınlar arasında şəbəkələşməni gücləndirən mühüm platforma olduğunu vurğulayıb:

“Bu kimi tədbirlər silsilə xarakter daşıyır. Media və jurnalistika sahəsində çalışan qadınların mütəmadi olaraq bir araya gəlməsi, həm təcrübə, həm də dəstək mühiti baxımından çox vacibdir,” – deyə Aida Ramiz bildirib.

Görüş Zəhra Klinika və PR Point Baku şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin sonunda çıxış edən həkimlər və spikerlər qadın sağlamlığının cəmiyyət üçün əhəmiyyətinə verdikləri töhfəyə görə sertifikatlarla təltif olunublar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri