Media: Sanksiyalara baxmayaraq İranın neft sənayesi yüksəliş dövrünü yaşayır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 iyul, AZƏRTAC
İranın enerji sektoruna qarşı ABŞ sanksiyaları rekord səviyyəyə çatan neft hasilatına ciddi təsir göstərə bilmir.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, İran neft sənayesinə tətbiq olunan sanksiyaların uğursuzluğunun səbəbləri neft məhsullarının ixrac çeşidinin şaxələndirilməsi, Çinlə sıx əməkdaşlıq və məhdudiyyətlərin qeyri-sabitliyi ilə bağlıdır.
Böyük Britaniyanın Energetika İnstitutunun hesablamalarına görə, İran 2024-cü ildə gündə orta hesabla 5 milyon barel neft hasil edib ki, bu da ölkənin hələ ABŞ sanksiyalarına məruz qalmadığı 1978-ci ildən bəri ən yüksək göstəricidir. 2024-cü ildə İranın neft və neft məhsulları ixracatının dəyəri 2012-ci il səviyyəsinə yaxınlaşaraq 78 milyard dollar təşkil edib.
Agentliyin məlumatına görə, İsrailin İran ərazisinə endirdiyi zərbələr ölkənin neft sənayesinə ciddi zərər vurmayıb. Ekspertlərin proqnozuna əsasən, Tehran 2025-ci ildə də neft hasilatını və ixracat həcmini artıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 03 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















