Icma.az
close
up
RU
Media təkcə reklam hesabına yaşaya bilməz Deputat

Media təkcə reklam hesabına yaşaya bilməz Deputat

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu gün inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir media yalnız reklam gəlirləri hesabına fəaliyyət göstərmir. Hərçənd reklam bazarı mühüm gəlir mənbələrindən biri olaraq qalır, lakin bir çox hallarda bu mənbə media qurumlarının dayanıqlı fəaliyyəti üçün kifayət etmir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Razi Nurullayev “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O əlavə etdi ki, dünyanın aparıcı media qurumları gəlirlərini şaxələndirməklə iqtisadi müstəqilliklərini təmin ediblər:

"Onlar podkast layihələri, film və proqramların yayımı, rəqəmsal platformalar, süni intellekt əsasında hazırlanan analitik məhsullar, ödənişli abunə sistemləri, təlim proqramları, konfrans və tədbirlər, multimedia məhsulları, eləcə də müxtəlif rəqəmsal xidmətlər vasitəsilə əlavə gəlirlər əldə edirlər. Məhz bu model media qurumlarının uzunmüddətli maliyyə dayanıqlılığını təmin edir. Məsələn, “The New York Times” rəqəmsal abunə və digər məhsullarından, “BBC Studios” proqram və format satışından, “Financial Times” isə analitik xidmətlər və korporativ abunəçilərdən əhəmiyyətli gəlirlər əldə edir. Bir çox Avropa ölkələrində media qurumları üçün innovativ biznes modellərinin qurulmasına dəstək məqsədilə xüsusi təlim və mentorluq proqramları təşkil edilir. Buna görə də hesab edirəm ki, qanunun icrası mərhələsində Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz bu olmalıdır. Ölkənin bütün media subyektləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlər təşkil edilməli, media menecerlərinə yeni biznes modelləri, rəqəmsal məhsulların hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları ilə bağlı bilik və bacarıqlar aşılanmalıdır. Məqsəd yalnız mediaya dəstək göstərmək deyil, həm də onu iqtisadi baxımdan dayanıqlı və rəqabətqabiliyyətli sektora çevirmək olmalıdır. Güclü iqtisadi əsaslara malik media daha peşəkar fəaliyyət göstərir, innovasiyalara açıq olur və cəmiyyətə daha keyfiyyətli informasiya xidməti təqdim edir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri