Media: Tramp sui qəsd cəhdindən sonra da ictimai tədbirlərdən imtina etməyəcək
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 29 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp uğursuz sui-qəsd cəhdindən sonra da ictimai tədbirlərdə iştirakdan çəkinmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, NBC News telekanalı bu barədə ABŞ liderinin yaxın ətrafına istinadla məlumat yayıb. Məlumata görə, son hadisə Donald Trampın prezidentliyə yanaşmasını dəyişdirməsinə imkan verməyəcək və onun ictimaiyyət qarşısında çıxış qrafiki dəyişməyəcək.
Xatırladaq ki, aprelin 25-də ABŞ paytaxtındakı “Washington Hilton” hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı silahlı insident baş verib. Qəbulda Donald Trampla yanaşı ABŞ-nin yüksəkrütbəli məmurları da iştirak edirmiş. Hadisə nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb, hücum edən 31 yaşlı Koul Tomas Allen isə saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 Aprel 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















