Icma.az
close
up
RU
Media və reklam mətnlərində dil normalarının pozulması cəmiyyətə mənfi təsir edir

Media və reklam mətnlərində dil normalarının pozulması cəmiyyətə mənfi təsir edir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


AMEA-da açıq məkanlardakı reklamların və media subyektlərinin monitorinqinin nəticələri müzakirə olunub
Xəbər verildiyi kimi, Mirzə Ələkbər Sabir Fondu 2025-ci il mayın 1-dən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra edir. Layihənin əsas tərəfdaşlarından bir kimi Nəsimi adına Dilçilik İnstitutu çıxış etmişdir. Lahiyə çərçivəsində 01–30 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil şöbəsinin əməkdaşları tərəfindən Bakıda açıq məkan reklamlarının və media subyektlərinin (AZTV, “Səs” qəzeti və Aznews.az saytı) monitorinqi aparılıb. İyunun 12-də AMEA-da monitorinq nəticələrinin müzakirə olunması məqsədilə dəyirmi masa keçirilib. Tədbirdə AMEA Dilçilik İnstitutunun, Azərbaycan Mətbuat Şurasının əməkdaşları, eləcə də media və QHT nümayəndələri iştirak ediblər.
Newscenter.az xəbər verir ki. tədbiri AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli açaraq dilin saflığının qorunması baxımından aparılan monitorinqlərin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, media və reklam sahələrində dil normalarının tətbiqinə nəzarətin gücləndirilməsi vacib məsələdir. Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxış edərək bu sahələrdəki qüsurların cəmiyyətin ümumi dil mühitinə mənfi təsir göstərdiyini qeyd edib: “Media və reklam mətnlərində dil normalarının pozulması cəmiyyətə mənfi təsir edir. Dil normalarına uyğun olmayan yanlış ifadələrin geniş yayılması nəticəsində ədəbi dilin düzgün tətbiqi məsələsi arxa plana keçir, bu isə dilin təmizliyinə və inkişafına ciddi maneə yaradır”. Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova media və açıq məkan reklamları ilə bağlı aparılan monitorinqin nəticələri haqqında geniş məlumat verdi.
Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə təmsil etdiyi qurumun bu istiqamətdə fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, media və reklam sahəsində çalışan şəxslərin üzərinə böyük məsuliyyət düşür: “Onlar geniş auditoriyaya xitab etdikləri üçün dil normalarının tələblərini gözləməli və cəmiyyətdə dil zövqünün formalaşdırılmasına yardımçı olmalıdırlar”, ‒ deyə Fəridə Ağazadə əlavə edib.
Layihə üzrə ekspert, araşdırmaçı-jurnalist Fuad Hüseynzadə dəyirmi masanın reklam istehsalçıları və media subyektlərinə çağırış xarakterli olduğunu bildirib: “Cəmiyyət, xüsusilə gənclər media və reklamlardakı qüsurları norma kimi qəbul edirlər. Reklam və mediada xarici dillərin təsiri ilə yaranan qarışıq ifadələr ana dilinə qarşı marağın azalmasına gətirib çıxarır. Buna görə də dil normalarına nəzarət edən qurumların aktiv fəaliyyəti mühüm əhəmiyyətə malikdir”.
Digər çıxışçılar bu sahədəki problemlərin aradan qaldırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsinin önəmini vurğulayıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 İyun 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri