Icma.az
close
up
RU
“Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda seminar keçirilib

“Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda seminar keçirilib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı və media nümayəndələrinin, əlilliyi olan şəxslərlə bağlı QHT-lərin, BMT-nin Kommunikasiya Qrupu və İnklüzivlik üzrə İşçi Qrupunun təmsilçilərinin, ekspertlərin iştirakı ilə “Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda seminar keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, bu  barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seminarın açılışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işləri qeyd edib.

Prezident cənab İlham Əliyevin tapşırıqları ilə son illər reallaşdırılan sosial islahatlar çərçivəsində əlilliyi olan şəxslərin pensiya, müavinət və təqaüdlərində də ciddi artımlar edildiyi bildirilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin də yaradıcı potensialının inkişaf etdirilməsində mühüm rolu vurğulanıb. 

Nazirlik tərəfindən son illər əlilliyi olan şəxslər üçün icra olunan inklüziv layihələrdən bəhs olunub.Qeyd edilib ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq milli qanunvericiliyin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işlərinin bir istiqaməti olaraq, qanunvericilik aktlarında əlillik, əlilliyi olan şəxslərlə bağlı bir sıra stereotip və ya köhnəlmiş vulqar, bayağı ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə (məsələn “lal” sözü - “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kor” sözü - “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kar” sözü - “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə və  s.) əvəzlənib.

Mediada da əlilliyi olan şəxslərlə bağlı mövzularda məlumatlandırma zamanı köhnəlmiş terminlərdən, vulqar ifadələrdən istifadə edilməməsi, qanunvericilikdə əks olunan, həmin şəxslərin xüsusiyyətlərinə hörmətlə yanaşılmasını özündə ehtiva edən düzgün və inklüziv yanaşma əsaslı ifadələrin işlənməsi, inklüziv dilin təşviqi diqqətdə saxlanmalıdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva BMT-nin Əlillik üzrə İnklüziv Kommunikasiya Təlimatını qeyd edib, mediada inklüziv dildən istifadənin əhəmiyyətini, bu təlimin iştirakçılar arasında dialoqu təşviq etməyi, yaxşı təcrübələri paylaşmağı və mediada inklüziv dildən istifadə üzrə potensialı artırmağı hədəflədiyini bildirib.

Seminarda “Seçdiyimiz Sözlər” adlı interaktiv səhnə təqdim olub, həmçinin “Əlillik və inklüzivliyin dərki – əsas anlayışlar və terminologiya” mövzusunda təqdimat edilib. Əlilliyin təsvirində inkluziv dildən istifadəyə dair interaktiv təlim keçirilib.

İnklüziv dildən istifadə olunaraq qısa xəbər və ya hekayə yazılması ilə bağlı qrup işi də təşkil olunub, iştirakçıların yekun nəticələri dəyərləndirilib.

Gülər 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri