Icma.az
close
up
RU
Medianı ayağa qaldırmaq üçün pul və çevik idarəetmə əsas şərtdir...

Medianı ayağa qaldırmaq üçün pul və çevik idarəetmə əsas şərtdir...

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Mətləb Salahov: “İndi media üçün iqtisadi baxımdan nəfəs almaq və formallıqdan uzaq həqiqi keyfiyyət dəyişikliyi ən zəruri məsələdir”

“Şəxsən mən media sahəsində əsaslı islahatların başlanmasını çoxdan gözləyirdim. Çünki media məkanında bu prosesə olduqca mühüm zərurət vardı. Hazırda gündəmdə olan əsas müzakirə mövzusu da Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılması məsələsidir. İlk növbədə ona ümid edirəm ki, yaradılacaq bu yeni mexanizm ən əsası formallıqdan uzaq, qanun layihəsində də qeyd edildiyi kimi çevik və operativ mexanizmə sahib olsun. Mediada hökm sürən ətalət, qeyri-peşəkar yanaşma ətaləti aradan qaldırılsın. Çünki təkcə elə telekanallarımızda qəfil baş verən hadisəni anındaca ekranda anons etmək və operativ şəkildə tamaşaçıya çatdırmaq vərdişindən təəssüf ki, uzaqdırlar. Əlbəttə, burada yaradıcı yanaşma və operativ, işlək iş mexanizminin qurulması əsas şərtdir. Saytlarımızda da vəziyyət ürəkaçan deyil. Əgər bu gün daha çox “dedi-qodu” yeri kimi tanınan, qeyri-professional tik - tok sosial platforması bir çox hallarda operativlikdə sayt və telekanallarımızı üstələyirsə, demək əsaslı islahatlara gördüyümüzdən daha böyük ehtiyac var. Əlbəttə, formallıqdan uzaq islahat!”.
SİA xəbər verir ki, bu fikirləri jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, Azərbaycan mediası hazırda reanimasiyada məzarlıq yolunu gözləyən xəstəni xatırladır. “Diqqət edin: qeyri- peşəkarlar, əlinə telefon alıb "tik-tokerlik" edənlər, boynuna vəsiqə taxıb bütün günü idarə və müəssisələrdə, orada-burada “reydlər” edib ən bahalı maşınlarda gəzən "reket jurnalistlər", daha kimlər, kimlər...

Gör vəziyyət nə həddə çatıb ki, ciddi media qeyri- peşəkar sosial şəbəkələrə belə uduzur məlumat sürətində. Bunun üçün əlbəttə yaradıcı və peşəkar jurnalist heyətinin qurulması da qaçılmaz reallıqdır. Lakin o peşəkarları 300-500 manata işlədib nəticə qazanmaq da mümkünsüzdür. Buna görə mediaya iqtisadi azadlıq və yaradıcılıq azadlığı başlıca şərtdir. İlk növbədə media üçün reklam bazarlarına giriş üçün imkan yaradılmalıdır. Reklam bazarı medianı ayaqda saxlamaq üçün ən vacib ehtiyacdır. İndi media üçün iqtisadi baxımdan nəfəs almaq və keyfiyyət dəyişikliyi etmək ən zəruri məsələdir. Formal olmayan real dəyişikliklər hava və su kimi vacibdir. Olacaqmı?- onu da zaman göstərəcək.”

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri