Medianın İnkişafı Agentliyi açıqlama yaydı KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər bəzi sosial media platformalarında və Telegram kanallarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır və heç bir etibarlı mənbə tərəfindən təsdiqlənmir.
KONKRET.az xəbər verir ki, belə miqyaslı və ciddi təhlükəsizlik xarakterli hadisə baş verdiyi təqdirdə, bu barədə aparıcı beynəlxalq media qurumları və rəsmi mənbələr tərəfindən dərhal məlumat yayılardı. Hazırda isə bu iddiaları təsdiqləyən heç bir mötəbər informasiya mövcud deyil.
Bu kimi məlumatlar regionda süni gərginlik yaratmağa və yanlış təsəvvür formalaşdırmağa yönəlmiş dezinformasiya cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikası beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və regional sabitliyə sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.
Baxış sayı:127
Bu xəbər 10 Aprel 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















