Icma.az
close
up
RU
Medianın İnkişafı Agentliyi Memorondum imzaladı FOTO

Medianın İnkişafı Agentliyi Memorondum imzaladı FOTO

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

13 noyabr 2024-cü il tarixində Medianın İnkişafı Agentliyində Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi ilə görüş keçirilib, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Redaktor.az xəbər verir ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin aparılmasının və birgə layihələrin həyata keçirilməsinin, ümumilikdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasının önəmini diqqətə çatdırıb, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi görüşün təşkilinə görə təşəkkürünü bildirib, səmərəli və faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının informasiya sahəsində mövcud çağırışlara uyğun birgə tədbirlərin görülməsinə və yeni media formatlarının tətbiqinə imkan yaradacağını vurğulayıb, bu sahədə effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunub.

Daha sonra Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynovun iştirakı ilə Medianın İnkişafı Agentliyi və Albaniya Respublikasının Media və İnformasiya Agentliyi arasında media və kommunikasiya sahəsində ən yaxşı praktikaların bölüşülməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı fayda və maraq kəsb edən təşəbbüs və layihələr üzrə tərəfdaşlığın genişləndirilməsi, müvafiq sahəyə məsul rəsmi şəxslərin və ekspertlərin qarşılıqlı səfərlərinin təşviqi kimi əməkdaşlıq formalarını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri