Mediasiya Şurasının növbəti rüblük hesabatı │ SƏNƏD
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin 2-ci rübü ərzində mediasiya təşkilatlarına ümumilikdə 13.945 müraciət daxil olub. Daxil olan müraciətlərdən 12.212-i ailə mübahisələri, 1.414-ü əmək mübahisələri, 53-ü kommersiya mübahisələri, 252 müraciət mülki mübahisələr, 14 müraciət isə digər mübahisələr üzrədir.
Daxil olan müraciətlərdən 12.791 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 6.232, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 1.623-dür.
2026-cı ilin 2-ci rübündə ümumilikdə 2.378 barışıq sazişi imzalanmışdır ki, bu da 48.2% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 1.640 barışıq ailə, 493 barışıq əmək, 38 barışıq kommersiya, 199 barışıq mülki mübahisələr, 8 barışıq isə digər mübahisələrlə bağlı müraciətlər üzrədir.
Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqa vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub. Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.
Qanunvericiliyin və Mediasiya Şurasının Nizamnaməsinin tələblərinə uyğun olaraq, rüblük statistik hesabat mütəmadi şəkildə müxtəlif kütləvi informasiya vasitələrində və Mediasiya Şurasının rəsmi sosial şəbəkə hesablarında yayımlanır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Daxil olan müraciətlərdən 12.791 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 6.232, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 1.623-dür.
2026-cı ilin 2-ci rübündə ümumilikdə 2.378 barışıq sazişi imzalanmışdır ki, bu da 48.2% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 1.640 barışıq ailə, 493 barışıq əmək, 38 barışıq kommersiya, 199 barışıq mülki mübahisələr, 8 barışıq isə digər mübahisələrlə bağlı müraciətlər üzrədir.
Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqa vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub. Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.
Qanunvericiliyin və Mediasiya Şurasının Nizamnaməsinin tələblərinə uyğun olaraq, rüblük statistik hesabat mütəmadi şəkildə müxtəlif kütləvi informasiya vasitələrində və Mediasiya Şurasının rəsmi sosial şəbəkə hesablarında yayımlanır.
Baxış sayı:140
Bu xəbər 06 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















