Medinski İstanbul danışıqlarına belə qatıldı: Bu detal diqqət çəkdi
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna nümayəndə heyəti ilə danışıqların üçüncü raundunda iştirak etmək üçün İstanbulda görüntülənib.
Globalinfo.az xəbər verir ki, o, təyyarədən düşərkən “Putin Team” loqosu qara sapla işlənmiş boz polo köynəkdə enib.
Fotoşəkillərdə Medinski ilə birlikdə digər Rusiya nümayəndələrinin də təyyarədən endiyi və onların Türkiyə rəsmiləri tərəfindən qarşılandığı görünür.
Qeyd edək ki, tərəflər əvvəlki görüşlərdə müzakirəyə çıxarılan memorandum layihələrini bu dəfə yenidən nəzərdən keçirəcəklər.
Danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətdə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin yer alıb.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















