Medvedev ABŞ ı tənqid etdi: “Prezidentləri oğurlayan ölkə vasitəçi ola bilməz” KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-ın vasitəçilik rolunu tənqid edib.
KONKRET.az xəbər verir ki, Medvedev açıqlamasında Vaşinqtonun beynəlxalq münaqişələrdə effektiv vasitəçi kimi çıxış edə bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, “prezidentləri oğurlayan və münaqişələr başlayan ölkə” neytral və etibarlı vasitəçi hesab oluna bilməz.
Medvedev qeyd edib ki, ABŞ-ın xarici siyasət təcrübəsi onun sülh proseslərində obyektiv mövqe tuta biləcəyinə dair suallar yaradır.
Rusiya rəsmisi bu fikirləri Vaşinqtonun beynəlxalq böhranlarda vasitəçilik təşəbbüsləri fonunda səsləndirib.
Yeri gəlmişkən, Medvedevə xatırlatmaq yerinə düşər ki, Rusiyanın özü də münaqişəyə başlayan ölkədir. Bu baxımdan, Ukraynaya qarşı başladılan müharibə nümunəsi onun ittihamlarını daha mübahisəli edir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 30 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















