Icma.az
close
up
RU
Medvedev britaniyalı jurnalistləri ölümlə hədələdi: “Londonda çox şeylər baş verir”

Medvedev britaniyalı jurnalistləri ölümlə hədələdi: “Londonda çox şeylər baş verir”

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

““The Times”ın redaksiya heyəti qanuni hərbi hədəflər sayıla bilər, çünki onlar baş verənləri cinayət hesab etmirlər”

“Böyük Britaniyanın “The Times” qəzetinin rəhbərliyi və jurnalistləri general-leytenant İqor Kirillov və onun köməkçisinin qətli ilə bağlı xəbərləri dərc etdikdən sonra ehtiyatlı olmalıdırlar”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O qeyd edib ki, redaksiya heyəti “qanuni hərbi hədəflər” sayıla bilər, çünki onlar baş verənləri cinayət hesab etmirlər və Ukrayna xüsusi xidmət orqanlarının hərəkətlərinə haqq qazandırırlar.

Qeyd edək ki, "The Times" qəzeti çərşənbə axşamı redaksiya məqaləsində Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qüvvələrinin rəhbəri, general-leytenant İqor Kirillovun Moskvada törədilmiş partlayışda qəsdən öldürülməsini "təhdid altında olan ölkənin qanuni müdafiə aktı" adlandırıb.

Medvedev qeyd edib ki, bu məntiqə əməl etsək, Ukraynaya silah tədarükü ilə bağlı qərarlar verən NATO rəsmiləri “Rusiyaya qarşı hibrid və ya adi müharibədə iştirak edirlər” və onlar da Rusiya dövlətinin “qanuni hədəfləri” sayıla bilər.

Eyni zamanda, Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb ki, cinayətkarların həmişə oxşar statusa malik olmalı olan şərikləri var: “Bunlara həmçinin “The Times” qəzetindən qorxaqcasına redaksiya yazısının arxasında gizlənən iyrənc çaqqalları da aid etmək olar. Deməli, bu nəşrin bütün rəhbərliyidir. Məntiqlidir? Mütləq! Beləliklə, diqqətli olun! Axı Londonda çox şeylər baş verir”.

Qeyd edək ki, Kirillov və onun köməkçisi İlya Polikarpov dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində evin yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olublar. Bir sıra Qərb KİV-ləri bunun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməliyyatı olduğunu bildirib. Rusiya İstintaq Komitəsi terror aktı və qətllə bağlı cinayət işi açıb. Cinayət törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri