Medvedev Kiyevi hədələdi: Mayın 9 u hücum olarsa, 10 u sağ qalmayacaqsız
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Vladimir Zelenskinin Qələbə Günündə Moskvaya zərbə endirmə ehtimalı ilə bağlı üstüörtülü hədələri sadəcə olaraq təxribatdır. Lakin hücumlar mayın 9-da baş verərsə, Kiyev mayın 10-na kimi sağ qala bilməz.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Zelenski Putinin mayın 9-da üç günlük atəşkəs təklifini rədd edir"-deyə, o, Telegram kanalında yazıb . Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, Zelenskinin Moskvada dünya liderlərinin təhlükəsizliyinin təmin edilməsinin mümkünsüzlüyü ilə bağlı bəyanatları şifahi təxribatdır.
Medvedevin sözlərinə görə, Zelenski “başa düşür ki, Qələbə Günündə əsl təxribat olarsa, mayın 10-un Kiyevə gələcəyinə heç kim zəmanət verə bilməz”.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 May 2025 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















