Medvedev Makronu Qalliya xoruzu adlandırdı
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiya ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb. Medvedev qeyd edib ki, Vaşinqton Qrenlandiyanı öz nəzarətinə götürmək qərarı versə, Avropanın ABŞ-a qarşı çıxmaq üçün real imkanı olmayacaq.
Medvedev Makronun Avropanın mümkün ABŞ təcavüzünə cavab verəcəyi ilə bağlı bəyanatını ironik şəkildə şərh edərək onu “Qalliya xoruzu” adlandırıb. O bildirib ki, Danimarkanın suverenliyi pozularsa, Avropanın görünməmiş nəticələr yaratması real deyil və sonda Qrenlandiya sadəcə ABŞ-a təslim ediləcək.
Medvedevin fikrincə, bu cür ssenari Avropa üçün təhlükəli presedent yarada bilər.
Qeyd edək ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Qrenlandiyada hərbi mövcudluğun artırılacağını açıqlamış, lakin ABŞ-ın adaya hücum ehtimalının olmadığını bildirmişdi.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Yanvar 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















