Icma.az
close
up
RU
Medvedev rusiyalı generalın qətlindən sonra NATO rəsmilərinin legitim hədəfə çevrildiyini bildirib

Medvedev rusiyalı generalın qətlindən sonra NATO rəsmilərinin legitim hədəfə çevrildiyini bildirib

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev NATO-nun və Ukraynayla müttəfiq ölkələrin rəsmilərini münaqişə tərəfləri adlandırıb və onların bu üzdən, "legitim" hərbi hədəflərə çevrildiklərini söyləyib.

Böyük Britaniyanın "The Times" qəzetində rusiyalı generalın qətli "təhlükə altında olan bir ölkənin qanuni müdafiə addımı" kimi dəyərləndirilib. Buna reaksiya verən Medvedev bildirib ki, rəsmi Moskva da eyni məntiqə dayanmalıdır.

"Ukraynaya hərbi yardımla bağlı qərarların qəbulunda iştirak edən bütün NATO rəsmiləri, eləcə də Rusiyaya qarşı hibrid və ya ənənəvi savaşa qatılanlar indi Rusiya dövləti və bütün rus vətənpərvərləri üçün qanuni hərbi hədəflər sayılır", - Medvedev belə deyib.

"The Times" yazıb ki, qətl Ukraynanın "ədalətli özünümüdafiə savaşı aparmaq üçün" Qərbin dəstəyinə ehtiyacı olduğunu göstərir.

"Ehtiyatlı olun"

Rusiyanın keçmiş prezidenti məqalə müəlliflərini də hədəf götürərək qəzetin "qanuni hərbi hədəflər" sırasına düşə biləcəyinə dair xəbərdarlıq edib: "Londonda çox şeylər baş verir... ehtiyatlı olun".

Medvedevin bəyanatına NATO-nun reaksiyası qısa olub: "Deməyə sözümüz olanda sizinlə əlaqə saxlayarıq", - alyansın mətbuat katibliyinin reaksiyasıdır.

Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 17-də bildirib ki, ABŞ-nin Kirillovun qətlinə heç bir dəxili yoxdur və bununla bağlı öncədən bilgisi olmayıb.

Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı İqor Kirillovla köməkçisi dekabrın 17-də yaşadığı evin qarşısında bomba partlaması nəticəsində öldürülüblər.

Rusiyalı istintaqçılar qətli "terror aktı" adlandıraraq onu Ukrayna kəşfiyyatının törətdiyini bildiriblər. Federal Təhlükəsizlik Xidməti dekabrın 18-də adı çəkilməyən 29 yaşlı özbəkistanlını saxlayıb.

Anaxeber.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see203

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see199

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see173

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see144

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri