Medvedev: Trampın Ukrayna münaqişəsində tez uğur qazanacağı sual altındadır
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllində tez uğurlar qazanacağı çox şübhəlidir.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"ABŞ iqtisadiyyatı öz rahat həyatını yaşayır və hətta miqrantlara qarşı mübarizə də parlaq uğurlar vəd etmir", - Medvedev Telegram kanalında yazıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Tramp sadəcə olaraq yeni, "Tramp" siyasi coğrafiyası yaratmaqla "dünyanı yenidən qurmaq" qərarına gəlib. Medvedev hesab edir ki, Trampın bütün ideyaları sırf proyeksiya xarakterlidir və tamamilə qeyri-realdır.
Bu kontekstdə Medvedev Trampın ABŞ-ın Kanada və Qrenlandiya ilə "genişləndirilməsi", Meksika körfəzinin adının dəyişdirilməsi, habelə Böyük Britaniyanın baş naziri Kim Starmer və
Almaniya kansleri Olaf Şoltsla "mübarizə" ilə bağlı bəyanatlarını misal gətirir.
"Beləliklə, Tramp ABŞ-ın yeni prezidenti olmamışdan əvvəl də bir neçə mühüm virtual uğur qazandı və ən əsası, o, öunudulmaz professor Preobrajenskinin dediyi kimi, kosmik axmaqlıq gündəmini formalaşdırdı", - Medvedev qeyd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 09 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















