Icma.az
close
up
RU
Medvedevin restoran biznesi Rusiyada bu məkanlar eks prezidentə məxsusdur

Medvedevin restoran biznesi Rusiyada bu məkanlar eks prezidentə məxsusdur

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə bağlı şirkətlər Moskva və Sankt-Peterburqdakı restoranlara investisiya qoyur. Bu barədə “Sistema” araşdırma layihəsi məlumat verib.

Bildirilir ki, Moskvada Medvedevlə bağlı restoran “Pyatnitskaya” küçəsində yerləşən premium səviyyəli “Drinks & Dinners”-dir. 2024-cü ildən restoran “Pyatniska Sarayı” adlanır. Restoran tarixi malikanədə yerləşir, interyeri təbii mərmər və taxta ilə bəzədilib, yeddi zalı var və eyni anda 380 qonağı qəbul edə bilir. Araşdırmaya görə, restoran 2019-cu ildə məşhur aşpaz və televiziya aparıcısı Konstantin İvlev tərəfindən açılıb.

Araşdırmaya görə, restoranın yerləşdiyi malikanə 2011-ci ildən “Stroystandart” şirkətinə məxsusdur. Restoranı idarə edən “Garant” firması həmin obyektin kirayəçisidir. “Garant”ın sahibi Georgi Tsaryuk atası vasitəsilə “Stroystandart”la bağlıdır. “Stroystandart” isə dolayı yolla Qış Olimpiya İdman Növlərinin Dəstəklənməsi Fonduna məxsusdur ki, bu fond Medvedevlə əlaqələndirilir. 2024-cü ilin sonuna “Stroystandart”ın fonda 2 milyard rubl (24,5 mln dollar) borcu olub. Restoranın tərəfdaşları isə Moskva yaxınlığındakı “Maslovo” kompleksi və “Skalistıy Bereg” şərab zavodudur ki, onlar da Medvedevlə əlaqələndirilir.

 

Sankt-Peterburqda Medvedevlə bağlı restoran daha bir Belinskoqo küçəsində, Mixaylovski sarayının yaxınlığında yerləşir. Bu, 2024-cü ildə açılmış yunan taverna “Poli”dir (“çox” mənasını verir), Dreamteam restoran qrupunun həmin ünvanda üçüncü obyektidir.

“Poli” taverna şirkəti “Market” MMC-yə məxsusdur, bu şirkətin 75%-i “Dreamteam”-in həmtəsisçisi Aleksey Burova aiddir. 2024-cü ilin mayında “Market”in 25%-ni Medvedevlə əlaqəli “Arktik Invest” investisiya fondu əldə edib. Sonradan fond restorana 33 milyon rubl (411 500 dollar) kredit ayırıb və 2025-ci ilin iyununda öz payını “Inter” şirkətinə ötürüb ki, onun da Medvedevlə əlaqəsi qeyd olunur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri